Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1994/2025 13.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 09 yanvar 2015-ci il tarixdə nikah qeydə alınmışdır. Həmin vaxtdan onlar bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 08 aprel 2015-ci il təvəllüdlü X2, 05 noyabr 2019-ci il təvəllüdlü X4 anadan olmuşdur. Xasiyətlərinin tutuşmaması səbəbindən cavabdehlə bir yerdə yaşamaqları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq 20 fevral 2023-cü il tarixdən kəsilmişdi. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Goranboy Rayon Məhkəməsinin e-2(045)-88/2025 qətnaməsi ilə onun avtomaşına ½ payı tanınmış və qətnamə qanuni qüvvəsini almışdır. Birgə nikah dövründə 16 may 2022-ci il tarixdə cavabdehin adına “Opel Astra” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomaşın alınmışdır. Cavabdeh iddiaçıya məlumat vermədən onun adına rəsmləşdirilmiş avtomobili formal olaraq 24 fevral 2023-cü il tarixdə X1 və həmin avtomobili 17 mart 2023-cü il tarixli etibarnamə əsasında idarə etməyə başlamışdır. Bu səbəbdən avtomaşının başqa adamın adına rəsmləşdirilməsi barədə məlumatı sorğuya cavab məktubunu alındıqda məlum olmuşdur. Avtomobil hazırda da etibarnamə əsasında cavabdehin istifadəsindədir. Birgə nikah dövüründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə iddiaçı arasında razılıq əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət olunmuş və Goranboy Rayon Məhkəməsinin e-2(045)-88/2025 saylı qətnaməsi ilə avtomaşına ½ payı tanınmış və qətnamə qanuni quvvəsini almışdır. Qeyd olunan əmlak ½ paya iddiaçının mülkiyyət hüququ tanınmalı və ya əmlakın dəyərinin ½ hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Əmlakın dəyəri "xxxx" MMC 04 mart 2024-cü il tarixli hesabatına əsasən əmlakın real bazar dəyəri 11 450 (on bir min dörd yüz əlli) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq birgə nikah dövründə əldə edilmiş “Opel Astra” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin 50% yəni 5 725 (beş min yeddi yüz iyirmi beş) manat Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi verilməsinə görə 77,25 (yetmiş yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 77,25 (yetmiş yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə müki iş baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 77,25 (yetmiş yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1994/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1994/2025
13.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver