Məhkəmə qərarları › İş №e-2(045)-308/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-308/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-308/2024 13.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1500 (bir min beş yüz) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 11295 (on bir min iki yüz doxsan beş) manat dəymiş maddi ziyanın və 128,38 (bir yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun - cəmi 12923,38 (on iki min doqquz yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh roğlu arasında bağlanmış 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000 (dörd min) manat öhdəlikdən 2500 (iki min beş yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 1500 (bir min beş yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bildirir ki, lizinq alanın 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR- 2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 11295 (on bir min iki yüz doxsan beş) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəm 11295 (on bir min iki yüz doxsan beş) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, lizinq verən 4000 (dörd min) manat dəyərində 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn 3 ay müddətinə lizinq alanın sahiblik və istifadəsinə vermişdir; İddiaçı ASC-nin pretenziyanın surətindən görünür ki, yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş ümumi dəyəri 4000 (dörd min) manat olan texnika üçün Cavabdeh 2500 (iki min beş yüz) manat ödəniş etmiş, nəticədə 1500 (bir min beş yüz) manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, X4 müvəqqəti istifadəyə götürdüyü SR- 2045 markali taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, saz vəziyyətdə saxlamağı və digər hərəkətlər barədə lizinqverən qarşısında öhdəlik götürmüşdür; İddiaçı ASC tərəfindən verilmiş texniki vəziyyət haqqında xx.xx.2023-cü il tarixli, baxış aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew 2045 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən geri qaytarılan zaman texnikada müəyyən nöqsanlar aşkar edilmişdir; İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, 501402 şassi nömrəli SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün cəmi 11295,00 manat vəsait tələb olunur; İddiaçı ASC tərəfindən verilmiş texniki vəziyyət haqqında xx.xx.2023-cü il tarixli, 01/02291 nömrəli 1 aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew 2045 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən saz vəziyyətdə təhvil alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 9/4009 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2014-cü il buraxılışlı “SR-2045 Sampo” markalı taxılyığan kombaynın zədələndiyi və təmir-bərpa xərcinin 11295,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatın dəyəri 50 manat təşkil edir; X6 ********** saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 128.38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli müqaviləyə əsasən iddiaçı mülkiyyətindəki dəyəri 4000 (dörd min) manat dəyərində 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn təsərrüfat texnikasını cavabdehin sahiblik və istifadəsinə 3 ay müddətinə vermişdir. Cavabdeh öhdəliyindən 2500 (iki min beş yüz) manat etmiş, nəticədə 1500 (bir min beş yüz) borcu qalmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Bundan başqa İddiaçı ASC tərəfindən Cavabdeh operativ lizinq müqaviləsinə əsasən istifadəsinə verilmiş “1 ədəd Sampo SR- 2045 markalı taxılyığan kombaynla xx.xx.2023-cü il tarixdə texnikaya baxış keçirilmiş və məlum olmuşdur ki, 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn yararsız vəziyyətə düşmüş, bu səbəbdən İddiaçı ASC-yə 11295 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunduğundan, Cavabdeh 1500 (bir min beş yüz) manat borc pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normalarının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyətində olan kombayna zərər vurması faktı iş materiallarında olan və cavabdehin özünün iştirakı ilə tərtib edilmiş, həmçinin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 9/4009 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının ekspert rəyinə uyğun həll edilməli və rəylə müəyyən edilmiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1500 (bir min beş yüz) manat borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 11295 (on bir min iki yüz doxsan beş) manat dəymiş maddi ziyan, cəmi 12795 manat (on iki min yeddi yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş 128,38 (bir yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2023-cü il 27 aprel tarixli 01/02291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1500 (bir min beş yüz) manat borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 11295 (on bir min iki yüz doxsan beş) manat dəymiş maddi ziyan, cəmi 12795 manat (on iki min yeddi yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş 128,38 (bir yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar