Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-653/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, İddiaçı ASC Cavabdeh qarşı “pul məbləğinin” tələbinə dair iddia ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü il 14 avqust tarixli 01/02423 nömrəli operativ lizinq müqavilələrinə əsasən 3 800,00 (üç min səkkiz yüz) manat borcun və 58,00 (əlli səkkiz) manat dövlət rüsumunun, cəmi: 3858,00 (üç min səkkiz yüz əlli səkkiz) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər xx.xx.2024-cü il tarixdə saat 11:10-a təyin edilmiş məhkəmə iclasına təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul məbləğinin” tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-653/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-653/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver