Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1126/2024 10.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********21 nömrəli tam kart müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istifadə etmək üçün “Tam kart” plastik kart verilmişdir. İddiaçı "xxxx" ASC-i kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 iddiaçı "xxxx" ASC-in xeyrinə əsas borc üzrə 2424 manat 09 qəpik və faiz borcu üzrə 86 manat 46 qəpik ,cəmi 2510 manat 55 qəpik ,ödənilmiş 45 manat 10 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Tələbi belə əsaslandırmışdır ki,bankın Göyçay filialının müştərisi olan Cavabdeh “Tam kart” plastik kartında xx.xx.2024cü il tarixdə 142 manat 87 qəpik olmasına baxmayaraq 3352 manat köçürmə edilmişdir. Bundan başqa, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 785 manat 04 qəpik plastik kart hesabına mədaxil edilmişdir. Cavabdeh plastik kart hesabında 142 manar 87 manat olmasına baxmayaraq 3352 manat köçürmə və 785 manat 04 qəpik mədaxil əməliyyatları həyata keçirməyi nəticəsində kart hesabında mənfi 2424 manat 09 qəpik plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka əsas borc üzrə 2424 manat 09 qəpik və faiz borcu üzrə 86 manat 46 qəpik olmaqla, cəmi 2510 manat 55 qəpik borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Lakin cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəfləri izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BPM**********21 saylı müqavilədən görünür ki, "xxxx"ASC -nın Göyçay filialı tərəfindən Cavabdeh tam kart təqdim edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh məxsus kart hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh məxsus kart hesabına 2424 manat 09 qəpik pul köçürülmüşdür. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 45 manat 10 qəpik və xidmət haqqı üçün 40 qəpik məbləğində pul iddiaçı "xxxx" tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir nəticəyə gəlir ki, Cavabdeh hüquqi əsas olmadan iddiaçı "xxxx" ASC -i hesabına 2424 manat 09 qəpik məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Ona görə də Cavabdeh əsassız varlanan şəxs qismində əldə etdiyi pulu iddiaçı "xxxx" ASC-nə qaytarmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 45 manat 10 qəpik və xidmət haqqı üçün ödənilmiş 40 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Beləliklə məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2424 manat 09 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2424 manat 09 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" ASC -nə verilsin. Cavabdeh 45 manat 10 qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1126/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1126/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver