Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1160/2022 14.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 659 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli e-2(046)-1160/2022 saylı qərardadından şikayət vermiş, Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli e-2(046)-1160/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayətlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(107)-764/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadı ləğv edilsin, həmin məhkəmənin 04 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün mülki iş Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Aşağıdakı əsaslara görə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən verilmiş tələbi təsdiq edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edirsə, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4.1.3, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-1160/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1160/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver