Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1286/2025 11.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 03/02436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 530 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 28 iyun tarixli 03/02436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 500 manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə heç bir ödəniş edilməmişdir. Cavabdehin Cəmiyyətə hazırda 500 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş,gəlməməyin səbəbini bildirməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən,təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 28 iyun 2024-cü il tarixli 03/24036 saylı kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn İddiaçı ASC-i tərəfindən Cavabdeh istifadəsinə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03/24036 saylı kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə əlavənin surətindən görünür ki, 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn X4 təhvil verilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun yaranması, ona görə də müqavilənin ləğv edilərək yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı ASC-i tərəfindən xəbərdar olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur.Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 122 manat 01 qəpik məbləğində pul İddiaçı ASC-i tərəfindən ödənilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunmuş mülki qanunvericiliyinin tələbinə görə lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və lizinq alana həmin əmlakı satın almaq hüququnun verilməsi və ya verilməməsi də daxil olmaqla digər şərtlərlə lizinq alanın istifadəsinə verməyi,lizinq alan isə müəyyənləşdirmliş dövrilikələ muzd ödəməyi borcludurlar.Lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslardan biri lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsidir.Lizinq obyektinin zərərin bütün növlərindən qorunması riski onu faktiki qəbul etdiyi andan lizinq alan daşıyır. Hazırki iş üzrə müəyyən edilmiş işin faktiki hallarına görə İddiaçı ASC-i ilə Cavabdeh arasında etibarlı lizinq müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh lizinq müqaviləsi ilə lizinq obyektindən istifadə üçün müəyyən edilmiş haqqı müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ödəməmiş, ona görə də xx.xx.2024-cü il tarixli 03/02436 nömrəli operativ lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh İddiaçı ASC-nə 500 manat məbləğində pul ödəməli, bununla da iddia tam təmin edilməlidir. İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC -nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 03/02436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 500 manat məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1286/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1286/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver