Məhkəmə qərarları › İş №e-2(046)-1313/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1313/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1313/2025 21.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin tələbinə, Cavabdeh İddiaçı İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi və quraşdırılmış sayğacın dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1254.05 debitor borcun, ödənilmiş 32.55 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, borclu Cavabdeh Göyçay Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00000 kodlu abonent saldosunda əks olunaraq öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı İB-nə qarşı qarşılıqlı iddia ərizəsi verərək ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin **********00000 nömrəli abonent koduna yazılmış 587.52 (beş yüz səksən yeddi manat) 52 qəpik məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı İB ondan 1254.05 (bir min iki yüz əlli dörd manat sıfır beş qəpik) debitor borcun və 32.55 manat dövlət rüsumunun tutularaq İddiaçı İBnin hesabına ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin bildirmək istəyir ki, ərizədə göstərilən məbləğin hamısı debitor borc məbləği deyildir. Tələb edilən məbləğin 587.52 (beş yüz səksən yeddi manat) 52 qəpiyi ona 2022-ci ilin oktyabr ayında əsassız yazılmış cərimə məbləğidir ki, bu da təmin edilə bilməz. Belə ki, 2022-ci ilin oktyabr ayında Göyçay qaz idarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evində çöldə quraşdırılmış qaz sayğacını əvəz etdilər. O, uzun illərdir ki yataq xəstəsidir. Evin komunal xərcləri ilə arvadı məşğul olduğundan bundan sonra gələn bildirişlərdəki məbləğin çoxluğunu fərq etməmişdir. Bundan yalnız 2025-ci ilin aprel ayında evinə məhkəmə bildirişi gələndə məlumatım olmuşdur. Arvadını qaz idarəsinə göndərərək cərimə sənədlərini əldə etmişdir. Bu zaman müəyyən etmişdir ki, 2022-ci ilin oktyabr ayında qaz sayğacını açıb apardıqdan sonra ona 587.52 (beş yüz səksən yeddi manat əlli iki qəpik) məbləğində cərimə yazmışdır. O, yazılan cərimə ilə razı deyildir, çünki küçədə quraşdırılmış qaz sayğacının qorunub saxlanması işi qaz idarəsinə aiddir. Ona görə də hesab edir ki,ona yazılmış cərimə məbləği əsassızdır və silinməlidir. Cavabdeh İddiaçı İB-nin nümayəndəsi Nümayəndə qarşılıqlı iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı İB iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1254.05 (min iki yüz əlli dörd manat beş qəpik) debitor borcun, ödənilmiş 32.55 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi tələbi barədə ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh qarşılıqlı iddia ərizəsi verərək idda tələbi üzrə məcburi qaydada tutulması xahiş edilən 1254.05 (min iki yüz əlli dörd manat beş qəpik) məbləğin 587.52 manatının cərimə məbləği olduğunu bildirmiş və həmən məbləğin silinməsini xahiş etmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı İB-nin Ağsu RQİİ-nin ünvan 2 ünvanında yaşayan Cavabdeh yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Evindən açılmış G4 markalı, **********2 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 29/1710-04092-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədədən tamamilə aralandığı aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən Cavabdeh evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2022-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 4896 m3 - 587.52 (beş yüz səksən yeddi) manat 52 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, İddiaçı İB-nin Cavabdeh 1254.05 (min iki yüz əlli dörd manat beş qəpik) debitor borcun, ödənilmiş 32.55 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi tələbi barədə iddia ərizəsinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(046)-1313/2025 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraat qəbul edilərək İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə iddia icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş ilkin iddia tələbi üzrə cavabdeh qarşlıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən ilkin iddia üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş ilkin iddia tələbi üzrə iddiaçı qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından əlavə edilmiş: Cavabdeh ilə İddiaçı İB arasında bağlanmış xx.xx.2024-cü il tarixli XS-23-01133/24 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, Cavabdeh faktiki yaşadığı ünvan 4-də təbii qazdan istifadə xidmətləri ilə təmin edilmişdir. İddiaçı İB Göyçay Xidmət Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. Abonent saldosundan görünür ki, **********00000 saylı abonent koduna 2025-ci ilin aprel ayına hesablanmış təbii qazdan istifadəyə görə borc 1254 manat 05 qəpik təşkil etmişdir. 31 oktyabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı İB-nə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədədən tamamilə aralandığı aşkar edilmişdir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı İB-in əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh Göyçay XSnin abonent bazasındakı abonent koduna 4896 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin Qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrədə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadəsi nəticəsində yaranmış 1254 manat 05 qəpik borcu iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunduğundan, həmin borc və 32 manat 55 qəpik dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməli, Cavabdeh İddiaçı İB-nə qarşı qarşılıqlı iddia tələbi üzrə ərizəsi isə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı İB-nin iddiası təmin edilməli, Cavabdeh 1254.05 manat debitor borc və ödənilmiş 32.55 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə tutulmalı, qalan hissədə qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1254.05 (bir min iki yüz əlli dörd manat sıfır beş qəpik) borc və 32.55 (otuz iki manat əlli beş qəpik) dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun Qarşlıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi və quraşdırılmış sayğacın dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Dövlət rüsumu üçün ödənilmiş 32.55 (otuz iki manat əlli beş qəpik) Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar