Məhkəmə qərarları › İş №e-2(046)-133/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-133/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-133/2025 03.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, iddiaçı Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 9089.80 manat dəymiş ziyanın ödənilməsi və 115.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X4 tələbi belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh mənzilində dəfələrlə təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində (sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi) hesablanmış itirilmiş təbii qazın dəyərinə görə İddiaçı Ağsu X7 İdarəsininGöyçay Xidmət Sahəsinə ümumilikdə 9748.60 manat borcu yaranmışdır. Belə ki, həm ”Azəriqaz” İstehsalat Birliyinin, həm Ağsu X7 İdarəsinin, həm də Göyçay Xidmət Sahəsinin əməkdaşları ilk dəfə 2017-ci ilin oktyabr ayından başlayaraq sonuncu dəfə 2024-ci ilin may ayında olmaq şərti ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə ümumilikdə 12 dəfə baxış keçirən zaman abonentin sayğacdan kənar əlavə qaz xəttindən istifadə etdiyini aşkar etmişlər. Bununla bağlı müxtəlif tarixli və nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli aktlar (TƏLƏBNAMƏLƏR) tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna ümumilikdə 9748.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş 9748.60 manat məbləğ sayğacdan kənar əlavə qaz xəttindən qanunsuz istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Hal-hazırda cavabdehin vurmuş olduğu zərər 9089.80 manat müəyyən edilir. İddiaçı Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Cavabdeh yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 5616 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 2640 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas 035113 nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 2304 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 4848 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 4608 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2023-cÜ il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 8160 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 5568 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2022-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 17760 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 10176 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 8640 m3. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 6534 m3. Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X1 1662.30 manat qazdan istifadəyə görə borc, 653.40 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 2346.10 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilmişdir. Qətnamənin sübutlar siyahısında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, X2 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilmişdir. Həmin qərarın 5-ci bəndinə əsasən 5.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.” 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı ******* nömrəli xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən akta əsasən 653.40 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Bundan başqa ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cərimənin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarına uyğun həll edilməli idi. Hazırki iş üzrə isə xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. O, cümlədən məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh X3 məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ******* nömrəli xx.xx.2022ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qeyd edir ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsas götürülmüş, dəymiş ziyanın həcmi 10176 m3 və ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, dəymiş ziyanın hesablanmasına əsasən ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsas götürülərək dəymiş ziyanın həcmi 5568 m3 müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ******* nömrəli xx.xx.2022-ci il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən dəymiş ziyan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən dəymiş ziyanın məbləği 1221.12 manat, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş ziyanın məbləği 668.16 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 115.40 manat dövlət rüsumunun iddia tələbi təmin edilən həddə hesablanmalı, 38.89 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1889.28 manat dəymiş ziyan və 38.89 manat məbləğində dövlət rüsumu alınaraq Azəriqaz İB-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı: İddia qismən təmin edilsin. Cavabdeh 1889.28 manat dəymiş ziyan və 38.89 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar