Məhkəmə qərarları › İş №e-2(046)-145/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-145/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-145/2025 17.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı LPO AtaBank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1207.34 manat əsas kredit borcu, 24.38 manat faiz borcu, 1.70 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 32.34 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı LPO AtaBank ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO AtaBank ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Xasayev Novruz Şərif oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli GY-2476 nömrəli kredit müqaviləsinə əsasən Xasayev Novruz Şərif oğluna xx.xx.2014-cü il tarixli, GY-0882 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.826,19 (bir min səkkiz yüz iyirmi altı manat 19 qəpik) manat məbləğində kredit verilmişdir. Xasayev Novruz Şərif oğluna kredit verilərkən həmin kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında yaranacaq bütün pul öhdəliklərinə Cavabdeh zamin durmuş, bu məqsədlə onunla bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit borcunun qaytarılması tələbi ilə həm kredit alan, həm də zamin barəsində artıq bir dəfə məhkəmə müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)-2001/2024 saylı qərardadının surətindən görünür ki, iddia ərizəsi kredit alan Novruz Xasayevin vəfat etməsi səbəbindən geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, kredit alan Xasayev Novruz Şərif oğlunun adına vərəsəlik işi açılmamışdır.Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, zamin qismində iddiaçıya olan borcunu ödəyəcəkdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli GY-2476 nömrəli kredit müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli GY-2476 nömrəli kredit müqaviləsinə əsasən Xasayev Novruz Şərif oğluna xx.xx.2014-cü il tarixli, GY-0882 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.826,19 (bir min səkkiz yüz iyirmi altı manat 19 qəpik) manat məbləğində kredit verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə LPO AtaBank ASC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh kredit alan X1 borc məbləğinə görə LPO AtaBank ASC qarşısında öhdəlik götürmüşdür. Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, kredit alan Xasayev Novruz Şərif oğlunun adına vərəsəlik işi açılmamışdır. E-məhkəmə sistemi çıxarışından ki, cavabdeh Xasayev Novruz Şərif oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Xasayev Novruz Şərif oğlu ilə LPO AtaBank ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Xasayev Novruz Şərif oğluna illik 1 faiz olmaqla, 60 ay müddətinə 1826.19 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə LPO AtaBank ASC arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Xasayev Novruz Şərif oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Keçən müddət ərzində Xasayev Novruz Şərif oğlunun adına vərəsəlik işi açılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdeh zamin Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə -hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 32.34 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 32.34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO AtaBank ASC-nin iddiası təmin edilməli, Cavabdeh 1207.34 manat əsas kredit borcu, 24.38 manat faiz borcu, 1.70 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 32.34 manat dövlət rüsumu alınaraq LPO AtaBank ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1207.34 manat əsas kredit borcu, 24.38 manat faiz borcu, 1.70 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 32.34 manat dövlət rüsumu alınaraq LPO AtaBank ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar