Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1509/2024 28.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-i ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ67AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bugünədək öhdəliyi icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Cavabdeh cari hesabına xx.xx.2023-cü il tarixdə Birbank mobil tətbiq vasitəsi ilə səhvən 300 manat məbləğində vəsait mədaxil edilmişdir. Borclu həmin pul vəsaiti Express 24 mobil tətbiq vasitəsi ilə digər hesaba mədaxil etmişdir. Sonradan xx.xx.2023cü il tarixdə hesaba köçürülmüş 300 manat pul vəsaiti səhv mədaxil edildiyindən xx.xx.2023-cü il tarixdə geri çəkilmişdir. Ona görə də həmin an borclunun kartında geri çəkilən məbləğ civarında pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və nəticədə 262.74 manat məbləğində overdraft yaranmışdır. Odur ki, borclu onun hesabına pul vəsaitinin səhvən köçürülməsi barədə məlumatın olmasına baxmayaraq həmin vəsaiti bilərəkdən hesabından digər hesaba mədaxil etmişdir. Hazırda cavabdehin müqavilə üzrə 262.74 manat borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş yazılı sübütlardan görünür ki, İddiaçı ASC-i ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh plastik kart hesabı açılmış və ona AZ67AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılmışdır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən cari hesab üzrə hesablaşmaların ödəniş kart ilə apariması qaydası və şərtləri ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin gösterilməsinin ümumi şərtləri) 3.2-ci bəndi ilə tanzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfii qaliq (overdraft) yarandıgı halda Müştəri dərhal overdraft baglamalıdır. Odənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qaliqlar hesabına silinə bilər. xx.xx.2024-cü il tarixdə cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə bank hesabı müqaviləsi üzrə 262.74 manat məbləğində borcunun olmasına dair xx.xx.2024-cü il tarixli maliyyə arayışı tərtib olunmuşdur. Hesabdan çıxarışa əsasən İddiaçı ASC-i Cavabdeh hesabına xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində pul köçürmüş, həmin məbləğ xx.xx.2024-cü il tarixdə “Express24” mobil tətbiqi vasitəsi ilə digər hesaba mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh 262.74 manat overdraft borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 292.74 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdehə aid edilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 262.74 manat overdraft borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 292.74 (iki yüz doxsan iki manat yetmiş dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1509/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1509/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver