Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1758/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 420 manat vurulmuş ziyanın və 1000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçının iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət X3 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 34.2 manat dövlət rüsumu ödəməli olduğu halda, 30 manat dövlət rüsumü ödəmişdir. Göründüyü kimi İddiaçı qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində X1 da maddi və mənəvi ziyan tələb etməsinə baxmayaraq, iddia ərizəsində X2 cavabdeh qismində qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra və eləcə də iddia ərizəsini forma və məzmuna uyğun tərtib etdikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödədikdən sonra və eləcə də iddia ərizəsini forma və məzmuna uyğun tərtib etdikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1758/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1758/2025
07.07.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver