Məhkəmə qərarları › İş №e-2(046)-1843/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1843/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1843/2024 19.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X16 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X5 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə törədilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə X8, X3 və İddiaçı həyətyanı sahə məqsədi ilə 0,38 ha torpaq sahəsi verilmişdir. X6, X2 və İddiaçı torpağa mülkiyyət hüququ JN-044F, KOD 40812018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin 0,38 torpaq sahəsi X8, X3 və İddiaçı ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin 0,38 ha torpaq sahəsinin 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. Həmin 0,38 ha torpaq sahəsinin 1/3 hissəsi ölən günədək X6 mülkiyyətində olmuş, torpaq sahəsinin digər 1/3 hissəsi isə ölən günədək X2 mülkiyyətinə olmuşdur. X4 25 dekabr 2001-ci il tarixdə, X10 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixə ölmüş X5 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar İdarəsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamədən irəli gələn hüququnun üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış (plan-ölçü) sənədinin verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16saylı Ucar İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə gələrək ölçü və digər işləri aparan zaman cavabdeh tərəfindən əməkdaşlara maneçilik törədilmiş, mühəndisə mane olduğuna görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş və torpaq sahəsinin ölçülməsi üçün mühəndisə şərait yaradılacağı təqdirdə ərizənin qanuna müvafiq qaydada icra olunacağı bildirilmişdir. Hesab edir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X5 miras qalmış 1/3 hissəsinə onun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, yaşadığı evə gələn şəxslərin məhkəmə qərarı olmadan işləri aparmaq istədiyindən razılıq verməmişdir.Məhkəmə qərarı əsasında valideynlərindən miras qalmış torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına etirazı yoxdur.Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 dekabr 2001-ci ildə vəfat etmiş X2 vərəsələri Göyçay rayonu, Potu kəndində yaşayanlar əri X10 və qızı İddiaçıdır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRXnin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 nömrəli arayışa əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il J № 673 kod 40812018 Torpağa Mülkiyyət Hüququna X17 əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X3 məxsus olan payından ibarətdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli,2(046)-1154/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X6 və İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli çıxarış, Göyçay rayon Notariat Kontorunda "xxxx" QSC ilə X10 və İddiaçı arasında 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli,2(107)-396/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli,2(046)- 1154/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İddiaçı (vəkili X9) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş,kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli,2(107)-396/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X14 Hüquqları Məhkəməsi «X11rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi,qərardadı,qərarı,əmri bütün dövlət hakimiyyəti,yerli özünüidarə orqanları,onların vəzifəli şəxsləri,ictimai birlikdər,siyasi partiyalar,həmkarlar ittifaqları,onların vəzifəli şəxsləri,həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyrisabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçının vərəsəlik hüququndan irəli gələn hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki,bu pozuntu aradan qaldırılmalı,Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələr aradan qaldırılmalı,bununla da iddia təmin olunmalı,iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X5 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılması qadağan edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar