Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1843/2025 28.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılması və dəmir hasarın sökülərək zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Göyçay rayonu, Xəlitli kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 0.004 ha (40 kv.m) hissəsindən çıxarılmasın, dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmasını, iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş 150 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : O, hüququ dövlət qeydiyyatına alınmış Göyçay rayonu, Xəlitli kəndində yerləşən 0.03 hektar (300 kv.m) sahəsi olan torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Bu torpaq sahəsi "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq xx.xx.2024-cü il tarixdə **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmış və xüsusi mülkiyyət hüququ təsdiq olunmuşdur (çıxarış əlavə olunur). Lakin son dövrlərdə məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinin təxminən 0.004 hektar (40 kv.m) hissəsini özbaşına zəbt etmişlər. Cavabdehlər mülkiyyətində olan torpaq sahəsinin təxminən 40 kv.m-lik hissəsini özbaşına zəbt etməklə kifayətlənməmiş, həmin əraziyə dəmirdən hasar çəkmişlər və istifadəyə verərək mülkiyyət hüququnun pozulmasına səbəb olmuşlar. Bu hal bir tərəfdən mülkiyyət hüququnun faktiki şəkildə məhdudlaşdırıldığını göstərirsə, digər tərəfdən onların bu ərazini qəsdən və daimi istifadə etmək niyyətində olduqlarını sübut edir. Cavabdehlərin hərəkətləri nəticəsində o, torpaq sahəsindən qanuni istifadə edə bilmir, mülkiyyət hüququ pozulmuşdur, bu isə ona hüquqi və faktiki zərər vurur. İş materialları : Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.0253 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Göyçay rayonunun Xəlitli kəndində yerləşən, **********37 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsi ilə **********97 reystr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.0253 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. 2. **********37 reyestr nömrəli, xx.xx.2024cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində Cavabdeh1 tərəfindən dəmir hasar quraşdırıldığı mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, baxış zamanı İddiaçı 0.0542 ha torpaq sahəsini, Cavabdeh1 0.046 ha torpaq sahəsini naturada göstərmiş və faktiki istifadə etdiklərini bildirmişlər. İddiaçı və cavabdehin torpaq sahələrindən faktiki istifadə vəziyyətinin sərhəddidə sxemdə göstərilmişdir. xx.xx.2024-cü il tarixli, AN – İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 tam mülkiyyət üzrə özünə məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.45 ha olan torpaq sahəsinin 0.0253 ha hissəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Satıcı(lar) daşınmaz əmlakı 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.45 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Dövlət Su X1 X5 Xidməti Publik Hüquqi şəxs X7 Sistemlərinin İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli 447/1 nömrəli məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,0253 ha torpaq sahəsinin yanından keçən suvarma arxı ilə bağlı təqdim edilmiş müraciətə baxılmışdır. Müraciətdə göstərilən məsələ ilə əlaqədar olaraq əraziyə baxış keçirilmişdir. Baxış keçirilmiş ərazinin koordinatları 40 573867, 47.687613. Məlumat üçün bildiririk ki, suvarma arxlarının mühafizə zonaları və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarı ilə təsdiq edilmiş “ Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi ” qaydalarının 12-ci maddəsinə əsasən magistral və təsərrüfatlararası kanalların su mühafizə zonalarının minimum eni onların suburaxma qabiliyyətindən asılı olaraq 3 m3 /san-yə qədər olduqda 5 metr müəyyən edilmişdir. Ərazidən keçən Xəlitli suvarma arxının su buraxma qabiliyyəti 0.2 m3 /san olduğu üçün mühafizə zolağı 5 metrdir. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirik. Cavabdeh2 mübahisəli ərizidəki torpaq sahəsi satılarkən torpağın əvvəlki mülkiyyətçisi bölgü sxemi tərtib etirmişdir. Həmin bölgü sxemi halhazırda onlarda deyil və təqdim edə bilmirlər. Çünki mülkiyyətçi müraciət etmiş, buna görə də qısa müddət ərzində reyestr xidmətinə müraciət edib ala bilməmişlər. Buna görə də vəsatət vermişdirlər ki, həmin sənədlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən alınaraq məhkəmədə araşdırılaraq tədqiq edilsin. Həmin bölgü sxeminin əks olunduğu texniki pasportun bir hissəsi Cavabdeh1 var. İşin hallarından da görünür ki, hazırki texniki sənədlərdə göstərilən koordinatlarla faktiki korrdinatlar arasında uyğunsuzluq var. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə baxışında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Onun öz torpaq sahəsinə dair çıxarışı vardır. Bundan başqa qeyd olunan torpaq sahəsi mütəxəssislər tərəfindən dəfələrlə ölçülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə baxışında Cavabdeh2 eyni məzmunlu izahat verdi və məhkəmənin suallarına cavab olaraq bildirdi ki, hasar iddiaçı tərəfindən mübahisəli ərazi alındıqdan sonra çəkilmişdir. Məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, onlar iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarını götürüb verilmiş suallara uyğun cavab vermişlər. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində Cavabdeh1 tərəfindən dəmir hasar quraşdırıldığı tərəflərindən müəyyən edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər dəmirdən hasar çəkmişlər və istifadəyə verərək mülkiyyət hüququnun pozulmasına səbəb olmuşlar. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi:
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi:
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndi:
Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi:
Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı:
Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı:
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.03 ha həyətyanı torpaq olan sahəsinin 19 kv.metr (0.0019 ha) hissəsində Cavabdeh1 tərəfindən dəmir hasar quraşdırılaraq istifadə olunur. Bu fakt öz əksini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi və 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclas zalında verdiyi izahatı ilə təsdiq olunur. Cavabdehlər İddiaçı iddia etdiyi torpaq sahəsinin onlara heç bir aidiyyəti olmadığını və onların torpaq sahəsinə dair çıxarışları olduğunu bildirsələr də, Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni zamanda, Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsinin 0.0019 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkil xidmətləri üçün ödənilmiş 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.03 ha torpaq sahəsinin 0.0019 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın və dəmir hasar sökülərək zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Dövlət rüsumu üçün ödənilmiş 100 manat və vəkil xidmətləri üçün ödənilmiş 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova