Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1850/2024 02.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Fazı̇ l oğlunun cavabdeh ḟ ısA" 2012" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı bağlanmış əmək müqaviləsinin ləğv ( xitam verilməsi) edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Fazı̇ l oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-i ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin (xitam verilməsini) ləğv edilməsini, mediasiya üçün ödənilmiş 60 manat pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi və qətnamənin qət etdi hissəsində “bu qətnamə iş üzrə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır” yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də çayçı vəzifəsinə işə götürülmüşdür. Lakin Cavabdeh MMC-nin direktoru xx.xx.2021-ci il tarixdə ölmüş, bu səbəbdən Cavabdeh MMC-nin iş fəaliyyəti 2021-ci ilin iyun ayına qədər davam etmiş, bundan sonra iş fəaliyyəti dayandırılmışdır. Hazırda Cavabdeh MMC-nin direktor vəzifəsini heç kim icra etmir. Bu səbəbdən işdən azad oluna bilmir. Dəfələrlə rəsmi müraciət etsədə işdən azad olunmağına nail ola bilməmişdir. Hazırda yeni işə qəbul olunub, işləmək istəyir. Lakin Cavabdeh MMC ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alındığına görə yeni işə qəbul oluna bilmir. Bununla da onun hüquqları pozulur. O Şəki 1-saylı Mediasiya Təşkilatına müraciət edərək, «əmək müqaviləsinin (xitam verilməsi) ləğv edilməsi və əmək müqaviləsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi tələbinə dair» mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, mediator X4 1-saylı Mediasiya Təşkilatı tərəfindən mediator təyin edilmişdir. O ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən mediator Rauf Abdullayev tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh ḟ ısA" 2012" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi «bu ünvanda yerləşmir» qeydi ilə,təsisçisi X1 yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişi isə «bu ünvanda yaşamır» qeydi geri qaytarılmış,cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsinin (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb və rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırmışdır. “Asif 20122 MMC-nin baza məlumatlarıa əsasən hüquqi ünvanı Göyçay rayonu, Cəyirli kəndi, cəmiyyətin təsisçisi və rəhbəri X3 (yaşayış ünvanı ünvan 2 haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “mygov” informasiya sistemindən olan çıxarışdan görünür ki,işçi İddiaçı,işəgötürən Cavabdeh,əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci ildir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və İİ hissələrinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə görə əmək münasibətləri sahəsində işəgötürənin əmək münasibətlərinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əmək etmək əsas vəzifələri vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək hüququ hər kəsin bərabər şəraitdə,heç bir ayrı-seçkilik olmadan əmək münasibətlərinə daxil olmaq imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılıdır,belə ki, əmək müqaviləsi heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Əmək müqaviləsi azadlığı əmək münasibətlərinə daxil olmada təkcə iradə azadlığını deyil, həmçinin tərəflərin qarşılıqlı razılığı, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərdən birinin təşəbbüsü ilə ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,işçi İddiaçı Cavabdeh MMC-ilə əmək münasibətlərinə daxil olaraq əmək müqaviləsini bağladıqdan sonra öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə işəgötürən Cavabdeh MMCin fəaliyyətinin dayandırılması səbəbindən nail ola bilməmişdir.Məhkəmə nəzərə alır ki,hüquqi şəxs Cavabdeh MMC-i fəaliyyətini dayandırmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyindən mülki hüquqlara və mülki vəzifələrə malikdir.Və belə olan halda işəgötürən qismində əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçi öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsini tələb etdikdə işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-in fəaliyyəti xx.xx.2021-ci il tarixdən dayandırıldığından və işçi İddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini tələb etdiyindən,işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməməsi səbəbindən işçinin sərbəst surətdə digər iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ pozulmuşdur.Bu baxımdan İddiaçı əmək hüquqları müdafiə olunmalıdır. Məhkəmə nəzərə alır ki,əmək qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh MMC-i arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli (ləğv edilməli) və bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azaddır, iddia təmin edildiyindən məhkəmə və mediasiya xərci cavabdehə aid edilməli, Cavabdeh MMC-dən 60 manat mediasiya xərci alınaraq İddiaçı qaytarılmalı,dövlət rüsumu üçün ödənilməli olan 40 manat dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi (xitam verilsin) ləğv edilsin. Məhkəmə və mediasiya xərci cavabdehə aid edilsin. Cavabdeh MMC-dən 60 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh MMC-dən dövlət rüsumu üçün ödənilməli olan 40 manat alınaraq dövlət nəfinə keçirilsin. Bu qətnamə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1850/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1850/2024
02.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver