Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1907/2025 28.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Cəyirli kənd bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0.12 ha sahəli torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi və qanunsuz tikinti nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa olunmasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Göyçay rayonu, Cəyirli kəndində yerləşən, 0.12 ha sahəsi olan torpaq sahəsinin mülkiyyətçisidir. Bu torpaq sahəsi onun adına xx.xx.2023-cü il tarixdə **********93 nömrəli reyestr çıxarışı ilə dövlət qeydiyyatına alınmışdır. Lakin son vaxtlar məlum olmuşdur ki, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini pozaraq həmin sahənin üzərində qanunsuz olaraq hasar tikintisi aparır. Bu fakt 12 iyun 2025-ci il tarixli, 27/1394 nömrəli rəsmi sənədlə - Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəyində də təsdiq olunur. Həmin rəydə göstərilir ki, hasarın möhkəmləndirici sütunlarının 0.2 m hissəsi ona məxsus torpaq sahəsinin üzərində yerləşir. Bu hərəkət mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, mülkiyyətçi öz hüquqlarının pozulmasına səbəb olan qanunsuz tikilinin sökülməsini tələb edə bilər. Həmçinin Konstitusiyanın 29-cu maddəsinə uyğun olaraq, onun mülkiyyət hüququ dövlət tərəfindən müdafiə olunmalıdır. Qeyd edir ki, cavabdehə qarşı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikilinin sökülməsinə dair heç bir tədbir görməmişdir. Əksinə tikinti işlərini davam etdirir. İş materialları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində çöl ölçmə işləri aparılmış, kameral araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi (xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində) Cavabdeh tərəfindən istifadə olunmur. - Baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi iddiaçıya aid tikililərdən kənarda yerləşir, (sxemdə göstərilmişdir). Əlavə araşdırma zamanı Cavabdeh tərəfindən inşa edildiyi bildirilən ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi ilə sərhəddə mişar daşı ilə inşa olunmuş hasar mövcud olduğu məlum olmuş, sözügedən hasarın iki ədəd tumbasının 0.36 sm və 0.10 sm ölçüdə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.12 ha torpaq sahəsi üzərində yerləşdiyi də mütəxəssis tərəfindən müəyyən edilmişdir. 25 noyabr 2004-cü il Göyçay rayonu Cəyirli Bələdiyyəsinin 25 noyabr 2004-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışdan görünür ki, Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri Cavabdeh Məlumat verərək göstərir ki, “Torpaq islahatı haqqında” qanuna və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara uyğun olaraq Göyçay rayon Cəyirli kənd sakini X6 torpaq sahəsinin bağçılığın inkişafı məqsədi ilə ona satılması barədə 04 noyabr 2004-cü il tarixində ərizə ilə Cəyirli bələdiyyəsinə müraciət edərək ona bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan yararsız torpaq sahəsindən 0.24 hektar bağçılığın inkişafı məqsədi ilə satılmasını xahiş etmişdir. 1. Göyçay rayon Cəyirli bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Cəyirli kənd sakini Cavabdeh bağçılığın inkişafı məqsədi ilə 0.24 hektar torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınsın.
2. Cəyirli kənd sakini X4 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən bağçılığın inkişafı məqsədi ilə 0.24 hektar torpaq sahəsi satılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli tarixli qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritçəkmə Komitəsindən xahiş edilsin. 4. Cavabdeh satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə onun dəyərini Cəyirli bələdiyyəsinin xüsusi hesabına ödəsin və ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəriiəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinə təqdim etsin. 5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin ki, satılan torpaqların dəyəri ödənildikdən sonra nümunəsi torpaqların alqı-satqı qaydalarına əlavədə göstərilən nümunə əsasında torpaq alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. 6. Cavabdeh aldığı torpaq sahəsinə aid kadatsr planının hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin. Torpaqların alqı-satqısana dair xx.xx.2004-cü il tarixdə 197 nömrə ilə qeydiyyata alınmış aktdan görünür ki, Cavabdeh alqı-satqı predmeti olan yararsız bələdiyyə ərazisində 0.24 ha torpaq sahəsinin satılması barədə 2004-cü il 25 noyabr tarixli 12 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Göyçay rayonu Cəyirli kənd bələdiyyəsi bankının kassa mədaxil hesabına ödənilmişdir. (Qəbz № 645 524) Torpağın mülkiyyətə verilməsinə dair JN 519 A nömrəli şıhadətnamədən görünür ki, Göyçay rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə verilmiş 0.06 ha sah.ölçüsü fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X1 mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 519 nömrə ilə kitabda qeydə alınmışdır. Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli 09 nömrəli arayışdan görünür ki, Göyçay Rayon Məhkəməsinin icraatında olan mülki ış uzrə İddiaçı müraciəti əsasında sökülməsi tələb olunan hasarın yerləşdiyi Göyçay rayonu Cəyirli kəndi ərazisindəki torpaq sahəsi Cəyirli bələdiyyəsinin mülkiyyətindədir. X2 qeyd olunan əraziyə dair mülkiyyət hüququ mövcud deyildir. Həmin şəxsə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı mülkiyyət, icarə və ya istifadəyə dair hər hansı qərar qəbul edilməmiş, bu barədə bələdiyyənin torpaq uçotu və qeydiyyat kitablarında heç bir qeyd aparılmamışdır. Eyni zamanda bildiririk ki, sökülməsi tələb edilən hasarın bir hissəsi Cəyirli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir Bələdiyyə tərəfindən həmin ərazidə hasar və ya digər tikilinin inşa olunmasına dair heç bir razılıq verilməmişdir. Cəyirli bələdiyyəsi sözügedən ərazidə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasarın sökülməsinə etiraz etmir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 xx.xx.2026-cı il tarixli 3-48-DA-5f-2- 19/2026 nömrəli məktubdan görünür ki, Göyçay rayon Cəyirli Bələdiyyəsi 2000-2001-ci illərə dair daimi xarakterli sənədlərini Arxivə təhvil versə də, iclas protokollarını və vətəndaşlara dair torpaq sənədlərinin alqı-satqı sənədlərini arxivə təhvil verməmişdir. Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli 08 nömrəli arayışdan görünür ki, Göyçay rayonu Cəyirli Bələdiyyəsi tərəfindən Göyçay rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı iddiası üzrə mülki işlə bağlı məhkəməyə təqdim olunması üçün 19 yanvar 2026-cı il tarixdə 9 saylı arayış verilmişdir. Arayışda qeyd olunmuşdur ki, «İddiaçı müraciəti əsasında sökülməsi tələb olunan hasarın yerləşdiyi Göyçay rayonu Cəyirli kəndi ərazisindəki torpaq sahəsi Cəyirli bələdiyyəsinin mülkiyyətindədir. Cavabdeh qeyd olunan əraziyə dair mülkiyyət hüququ mövcud deyildir. Həmin şəxsə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ilə baqlı mülkiyyət, icarə və va istifadəyə dair hər hansı qərar qəbul edilməmiş, bu barədə bələdiyyənin torpaq uçotu və qeydiyyat kitablarında hec bir qeyd aparılmamışdır. Eyni zamanda bildiririk ki, sökülməsi tələb edilən hasarın bir hissəsi Cəyirli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bələdiyyə tərəfindən həmin ərazidə hasar və va digər tikilinin inşa olunmasına dair heç bir razılıq verilməmişdir. Cəyirli bələdiyyəsi sözügedən ərazidə Cavabdeh tərəfindən qanunsuz insa edilmiş hasarın sökülməsinə etiraz etmir». Həmin arayış bütünlüklə səhv tərtib olunmaqla, həqiqəti əks etdirmir. Belə ki, arayış tərtib olunarkən texniki heyət digər işlərlə məhkəmənin icraatında olan yuxarıda adı çəkilən işi səhv salmış, arayışda yanlış məlumatlar əks olunmuşdur. Bu barədə onlara məlumat verilən kimi, yerində araşdırma aparılmış və müəyyən edilmişdir ki, arayış məhz texniki səhv nəticəsində tərtib edilmişdir. Məhkəmənin icraatında olan mülki işlə bağlı nəzərinizə çatdırır ki, Göyçay rayonu Cəyirli bələdiyyəsinin 25 noyabr 2004-cü il tarixli 12 saylı qərarı ilə bağçılıq inkiaşafı məqsədi ilə Cavabdeh 26 sot torpaq sahəsi (0,26 ha) ayrılmışdır. Bu barədə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Cəyirli bələdiyyəsi və Cavabdeh arasında alğı-satqı aktı tərtib edilərək təsdiq olunmuş, Göyçay rayon Torpaq Şöbəsində qeyd olunmuşdur. Həmin torpaq sahəsinin dəyəri Cavabdeh tərəfindən Cəyirli bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin qərar ləğv edilməmiş, dəyişdirilməmiş hazırda da qüvvədədir. Qeyd edilən hallar inzibati araşdırma zamanı müəyyən olunmuşdur. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki, sözügedən torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyildir, bələdiyyənin həmin torpaq sahəsinə dair, yaxud onun üzərində inşa edilmiş, quraşdırılmış tikili, qurğu və s. bağlı fikir bildirməsinə, ələlxüsus da, həmin tikililərin sökülməsinə razı olub-olmaması barədə mülahizə ilə çıxış etməyə səlahiyyəti yoxdur. Belə ki, torpaq sahəsi Cavabdeh mülkiyyətində, sahibliyində və istifadəsindədir. Yuxarıda sadalananlardan göründüyü kimi, Bələdiyyənin 19 yanvar 2026-cı il tarixli 9 saylı arayışı nə hüquqi baxımdan, nə məzmun baxımından düzgün deyil, texniki səhv nəticəsində tamamilə yanlış bilgilər yazılmışdır. Ona görə də, həmin arayışı təkzib edərək, yuxarıda göstərilən yanlışlığın üzürlü hal hesab edilməsini xahiş edir. Tərəflərin izahatları:
Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Göyçay rayonu Cəyirli Bələdiyyəsinə aid otlaq sahəsində Cavabdeh tərəfindən zəbt olunmuş və heç bir istifadəsi olmadığı halda gələrək onun razılığı olmadan hasar çəkmişdir. Hasarın bir hissəsi onun mülkiyyətində olan 0.12 ha sahəli torpaq sahəsində yerləşir. Həmin hasarın 10 metrəsi onun ərazisinə düşür. Cavabdeh həmin ərazini qanunsuz olaraq zəbt etmiş, çünki Cavabdeh olan sənədlərin heç bir arxiv əsası yoxdur. Göyçay rayon Cəyirli Bələdiyyəsi və şəhər arxivindən alınmış sənədləri məhkəməyə elektron qaydada təqdim etmişdir. Onun bildiyi qədər arxiv əsası olmayan sənədlər də əsassız sayılır. Göstərdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı dediklərinin heç biri həqiqətə uyğun deyil. O, ailə qurmamışdan öncə mərhum qaynatası həyat yoldaşının adına 6 sot həyatyanı torpaq sahəsi vermiş, torpaq sahəsinin yanında boş bələdiyyə yeri olmuşdur. Daha sonra həmin torpaq sahəsini 2005-ci il tarixdə rəsmi şəkildə bələdiyyə müraciət edərək alqı-satqı etdirmişdir. İddiaçı aldığı yeri ilə sərhəddə 1994-cü il tarixdə hasar çəkdirmiş, 2022-ci il tarixdə infakt keçirdiyi üçün iki dəfə əməliyyat keçirtmiş, bu səbəbdən bir müddət iş dayandırılmışdır. 2 il yatağ şəraitində olduğundan torpağa nəzarət edə bilmədiyi üçün 6 cərgə hündürlükdə qaldırdığı hasar dağıdılmışdır. Yenidən həmin əraziyə çəpər çəkdirdikdən sonra İddiaçı ona həmin çəpərin sökülməsini və yerində hər ikisi pul qoyaraq səliqəli görünməsi üçün kubikdən hasar çəkilməsini təklif etdikdə o razılaşmışdır. Sonra İddiaçı orada tikinti işləri aparmış, onunla razılaşdığı hasarın yerinə çatanda Nurlana bu yerdə hasar tikilməli olduğunu dedikdə, Nurlan ona buranı avtomobil saxlamaq üçün yer edəcəyini bildirmişdir. Məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xəritədə sarı rəngdə qeyd edilmiş İddiaçı çıxarışı əsasında mülkiyyətində olan torpaq sahəsidir. Həmin çıxarış vaxtında düzgün verilməmiş, sxemdən göründüyü kimi torpaq sahəsinin sərhədləri düzgün müəyyən edilməmişdir, buna görə də hasar əyri şəkildə çəkilmiş kimi görünür. Nəticə etibarı ilə də hasar müəyyən hissədə iddiaçıya aid torpaq sahəsinə çıxmış kimi görünür. Hasarın tumbaları arasında boş olan yerdə var. Həmin yerdən 10 santimetrindən gəlib artıq tunbanın üstündən çıxır. Hasarla çıxarışın heç bir əlaqəsi yoxdur. Hasar 36 santımetrdən başlayaraq 10 santimetrindən boş hissəyə çıxır. Buna görə də hasar cavabdehin istifadə etdiyi torpaq sahəsində qalır. Hasar düz formada çəkilsə də, çıxarışda çəplik var. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Cəyirli kənd bələdiyyəsinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, o yeni bələdiyyə seçilmiş və bilməmişdir ki, cavabdehin sənədləri var. Onun tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan sonra cavabdeh ona sənəd gətirib təqdim etmişdir. Onu yeni seçildiyi üçün bilməmişdir ki, qeydiyyat kitabında həmin sənəd var ya yoxdur, çünki sənəd 2004cü il tarixdə verilib. Onların idarəsində 2004-cü il tarixə dair arxiv kitabları yoxdur. Bundan başqa qeyd edir ki, sənədlərin xidmətə oturub-oturmamasına baxa bilmirlər.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın müəyyən hissəsi (10-36 sm) iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə MM qonşu hüquqlarına aid normalar tətbiq edilməlidir. Belə ki, işin faktiki hallarından da görünüdüyü kimi iddiaçı və cavabdeh qonşudurlar, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (10-36 sm) cavabdeh tərəfindən çəkilmiş hasar yerləşir. Lakin həmin hasarın tumbaları iddiaçıya məxsus torpaq sahəsinin çəpinə yerləşməsi nəticəsində sonuncunun torpağına cüzi olaraq çıxmışdır. Məhkəmə araşdırılması nəticəsində iddiaçıya hasarın çıxıntıları nəticəsində maneəçiliyin yaradılması və ya öz sahəsindən istifadə etməkdə maneəçiliyin yarandığı və ya mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hədsiz təsir göstərilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən, 0.12 ha torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı ona məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən, 0.12 ha torpaq sahəsində qanunsuz inşa etdiyi hasarın sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova