Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1929/2025 23.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-in nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı işdən azad edilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Teymur Əhmədov adına "xxxx" QSC-in “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqq-hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktorunun 23 iyun 2023-cü il tarixli qərarı ilə o, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialına rəhbər, yəni direktor təyin edilmişdir. Həmin tarixdən hazıradək həmin vəzifədə işləyir. Bu barədə məlumat Kommersiya qurumlarının dövlət reyestrində də qeyd edilmişdir. O, xx.xx.2025-ci il tarixdə ərizə ilə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən işdən azad olunmağını xahiş etmişdir. X5 adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti onun müraciətinə hər hansı bir cavab verməmiş və işdən azad etməmişdir. Eyni zamanda onun rəhbərlik etdiyi dövrdə yaranmayan vergi borcuna görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5716/2023 nömrəli qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-in nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, iş materiallarında olan qərara nəzər yetirilsə görünər ki, iddiaçıya müəyyən səlahiyyətlər qərar əsasında verilmiş, onun işə qəbulu ilə bağlı əmr yoxdur. Bu səbəbdən iddiaçı Vergi orqanları məhkəməyə verməlidir ki, sistemdən onun barəsində məlumatlar silinsin, çünki şəxs ancaq əmək müqaviləsi bağlandıqdan və əmr ilə rəsmiləşdirildikdən sonra hər hansı bir idarədə əmək fəaliyyətinə başlaya bilər. İş materiallarında olan qərarla iddiaçıya müəyyən səlahiyyətlərin həyata keçirilməsi həvalə edilmiş, o qərar onunla hər hansı əmək münasibətlərin yaranmasını təsbit edən sənəd deyildir. Hesab edir ki, qərar müvafiq inzibati orqana müraciət olunmaqla mübahisələndirilməlidir. Həmçinin təmsil etdiyi şirkətin digər şirkətlərlə əməkdaşlığı nəticəsində onların QSC-nə borcları yaranmış, bununla bağlı audit yoxlanışları keçiriləcəkdir daha sonra digər məsələlərə hüquqi qiymət veriləcəkdir. Məhkəmədən üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin “Əmək və Məşğuluq” altsisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricində olması bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5716/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İşdən çıxma haqqında xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-in rəhbərinə müraciət edərək, xx.xx.2025-ci il tarixindən gec olmamaqla Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialına rəhbəri vəzifəsindən azad olunmasını xahiş etmişdir. Göndərişlərin izlənməsindən görünür ki, işdən çıxma haqqında xx.xx.2025-ci il tarixli ərizə xx.xx.2025-ci il tarixdə Teymur Əhmədov adına "xxxx" QSC-nə çatdırılmışdır. Teymur Əhmədov adına "xxxx" QSC-in Baş direktorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri (direktoru) vəzifəsinə İddiaçı təyin edilmişdir. X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mediasiya sessiyasında iştirak etməmişdir. xxxxxxx000200 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixdə sürücü vəzifəsinə təyin edilmişdir. Müqaviləyə edilmiş qeydlərə əsasən İddiaçı əmək haqqısı xx.xx.2022-ci ildən başlayaraq 305 manat təşkil etmiş, xx.xx.2022-ci ildən başlayaraq 1128 manat olmuşdur. Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasından bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində dəyişiklik edilmişdir. Teymur Əhmədov adına "xxxx" QSC ilə İddiaçı arasında bağlanan xxxxxxx000206 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə edilmiş əlavəyə əsasən işçiyə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 1128 manat məbləğində əmək haqqının ödənilməsi göstərilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyası
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 35.İİİ. Heç kəs zorla işlədilə bilməz. 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsi (xx.xx.2024-cü il tarixli dəyişikliklərə əvvəl)
7.2. Tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsində çalışmışdır. Daha sonra Teymur Əhmədov adına "xxxx" QSC-in Baş direktorunun xx.xx.2023-cü il tarixli qərarı ilə o, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının qanuni təmsilçisi vəzifəsinə təyin edilmiş, lakin tərəflər arasında əmək qanunvericiliyin tələblərinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmamış, müvafiq əmr verilməmişdir. Qeyd olunan qərar əsasında İddiaçı Hüquqi şəxslərin vahid dövlət reyestrində Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının qanuni təmsilçi kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hal-hazırda İddiaçı qanuni təmsilçi vəzifəsinə təyin edilməsi haqqında yalnız qərarın olması, onunla hüquqi şəxs arasında əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin, müvafiq əmrin mövcüd olmaması onun həmin vəzifədən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən Teymur Əhmədov adına "xxxx" QSC-in üzərinə qoyulmasını mümkünsüz edir. Belə ki, sözügedən qərarda iddiaçının hüquq və vəzifələri, əmək münasibətlərinin əsas şərtləri əks olunmamış, həmçinin işçiyə son haqq-hesab ödənilməsi əmək müqaviləsinə xitam verilən zaman ödənilir ki, tərəflər arasında əmək müqaviləsinin mövcüd olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sisteminə inteqarasiya olunmuş “Əmək və Məşğuluq” altsistemindən alınmış arayışa əsasən İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialında işləməsinə və əmək haqqısına dair məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216, 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova