Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2217/2023 20.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində mərhum nənəsi X1 miras qalmış torpaq sahəsində yerləşən 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cü maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə ərizəsi daxil olduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-2217/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2217/2023
20.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver