Məhkəmə qərarları › İş №e-2(046)-223/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-223/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-223/2023 05.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2019-cu il 15 avqust tarixli 07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 592 manat, 2019cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 240 manat borcu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbini belə əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 2019-cu il 15 avqust tarixli 07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-89.2 markalı traktoru və 2019-cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd HBM-N24 markalı taxıl səpən ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış 2019-cu il 15 avqust tarixli07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 892 manat öhdəlikdən 300 manat, 2019-cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 360 manat öhdəlikdən 120manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hal-hazırda 832 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış lizinq müqaviləsinin müddəti bitdiyindən, ona qarşı tələb hüququ qüvvədən düşmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Belarus-89.2 markalı traktoru cavabdehə lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. İstifadə müddəti 3 ay müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh HBM-N24 markalı taxıl səpəni cavabdehə lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. İstifadə müddəti 3 ay müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə 592 manat borcu vardır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə 240 manat borcu vardır. E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi Göyçay rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC şirkətindən xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Belarus-89.2 markalı traktorunu və xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən HBM-N24 markalı taxıl səpəni lizinqə götürmüş, 1-ci müqavilə üzrə istifadəyə görə İddiaçı ASC-yə 892 manat, 2-ci müqavilə üzrə istifadəyə görə İddiaçı ASC-yə 360 manat pul ödəyəcəyini öhdəsinə götürmüş, İddiaçı ASC-yə 1-ci müqavilə üzrə manat, 2-cü müqavilə üzrə 120 manat lizinq haqqı ödəmiş, hər iki müqavilə üzrə cəmi *** **** manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ASC şirkəti hər iki müqavilə üzrə cəmi 862 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 862 manat və ödənilmiş 30 manat mediasiya xərci alınaraq İddiaçı ASC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 862 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASCnə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar