Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-395/2025 25.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə itirilmiş qazın dəyərinin və istifadə edilmiş qazın dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 4912 manat 68 qəpik məbləğində itirilmiş qazın dəyərinin, evdə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1449 manat 03 qəpik məbləğində debitor borcun, iddia ərizəsi üçün ödənilmiş 85 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il, 06 yanvar 2023-cü il (iddia ərizəsində xx.xx.2022-ci il göstərilmişdir), xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Cavabdeh məxsus Göyçay rayonu Yalman kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli tələbnamələr tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********01380 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 23 dekabr 2021-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 1795 m3 – 215 manat 40 qəpik, 06 yanvar 2023-cü il (30 dekabr 2022-ci il) tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 19272 m3 – 2312 manat 64 qəpik, 26 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 17280 m3 – 2073 manat 60 qəpik və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 2592 m3 – 311 manat 04 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq ümumilikdə 4912 manat 68 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Bundan başqa cavabdehin evində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1449 manat 03 qəpik məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialına göndərilmiş, 10 iyun 2024-cü il tarixli MN-1276499 nömrəli qərarla Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində100 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01380 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə paylayıcı adlanacaq İddiaçı İB-nin baş direktorunun satış və istismar üzrə müavini X3 şəxsində bir tərəfdən və istehlakçı adlanacaq Cavabdeh arasında paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi barədə müqavilə imzalamışlar. İşə əlavə edilmiş ******* saylı, 23 dekabr 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay rayonu, Yalman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar əlavə rezin boru birləşməsi ilə təbii qazdan qeyri qanuni istifadə etməsi aşkar edilmişdir.Fotoşəkil üzərində olan tarixə görə baxış 23 dekabr 2021-ci il tarixdə,saat 15.22də olmuşdur. İşə əlavə edilmiş ******* saylı, 06 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay rayonu, Yalman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan qeyri qanuni (rezin boru birləşmə vasitəsi ilə) təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Fotoşəkil üzərində olan tarixə görə baxış xx.xx.2023-cü il tarixdə saat 22.23-də olmuşdur. İşə əlavə edilmiş ******* saylı, 26 yanvar 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay rayonu, Yalman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri qanuni istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş ******* saylı, 29 fevral 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay rayonu, Yalman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar rezin boru birləşmə vasitəsi ilə qazdan qeyri qanunu istifadə etməsi aşkar edilmişdir. İşə əlavə edilmiş 30 dekabr 2021-ci il tarixdə təsdiq edilmiş İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Göyçay XS-nin abonent bazasındakı abonent koduna ******* saylı, 23 dekabr 2021-ci il tarixli akt üzrə 1795 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş 30 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Göyçay XS-nin abonent bazasındakı abonent koduna ******* saylı, 06 yanvar 2023-cü il tarixli (tələbnamədə xx.xx.2022-ci il tarixli,0355732 saylı göstərilmişdir) akt üzrə 19272 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş 26 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Göyçay XS-nin abonent bazasındakı abonent koduna 26 yanvar 2024-cü il tarixli (tələbnamədə xx.xx.2024-cü il tarixli, ******* saylı göstərilmişdir ) akt üzrə 17280 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş 29 fevral 2024-cü il tarixdə təsdiq edilmiş İddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Göyçay XS-nin abonent bazasındakı abonent koduna ******* saylı, 29 fevral 2024-cü il tarixli akt üzrə 2592 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Energetika nazirliyi X2 Agentliyi Kürdəmir filialının rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki,Cavabdeh 29 fevral 2024-cü il tarixdə Göyçay rayonu Yalman kəndində yaşadığı fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş borcun ödənilməsi barədə bildirişdən görünür ki, İddiaçı tərəfindən abonent Cavabdeh bildiriş göndərilərək təbii qazdan istifadə qaydalarının istifadəsi nəticəsində yaranmış borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, Göyçay rayonu Yalman kəndində yaşayan abonent Cavabdeh 2024-cü ilin dekabr ayına 6361 manat 71 qəpik borcu yaranmışdır.2021-ci ilin dekabr ayında akt üzrə 215 manat 40 qəpik,2022-ci ilin dekabr ayında akt üzrə 2371 manat 44 qəpik,2024-cü ilin yanvar ayında akt üzrə 2073 manat 60 qəpik,2024-cü ilin fevral ayında akt üzrə 311 manat 04 qəpik yazılmışdır.İstifadə edilmiş təbii qaza görə ödənlməmiş məbləğ 1390 manat 23 qəpik təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir . “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhəddini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. 13 aprel 2022-ci il tarixdə qüvvəyə minmiş və yeni məzmunda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əlavə edilmiş 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinyaət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. 25 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na əlavə edilmiş yeni məzmunda 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qazdan istifadə Qaydaları"nın 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 manat dövlət rüsumundan və 40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir.Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,»Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 23 dekabr 2021-ci il tarixli akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əlavə edilmiş 8-1-ci hissə 13 aprel 2022-ci il tarixdə qüvvəyə minənədək,qalan ******* saylı, 06 yanvar 2023-cü il tarixli, ******* saylı, 26 yanvar 2024-cü il və ******* saylı, 29 fevral 2024cü il tarixli aktlar həmin Qanuna əlavə edilmiş dəyişiklikdən sonra tərtib edilmişdir. Belə olan halda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əlavə edilmiş 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə ,»Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 23 dekabr 2021-ci il tarixli akt 13 aprel 2022-ci il tarixədək tərtib edildiyindən (istehlakçının qazın talanmasında təqsirli olması barədə müvafiq qərarın olması tələb olunmadığından) və qanunsuz qoşulma faktı təsdiq olunduğundan həmin akt üzrə 215 manat 40 qəpik məbləğində pulun tələb edilməsi əsaslıdır. ******* saylı, 06 yanvar 2023-cü il tarixli, ******* saylı, 26 yanvar 2024-cü il və ******* saylı, 29 fevral 2024-cü il tarixli aktlar üzrə yalnız 29 fevral 2024-cü il tarixli akt üzrə Cavabdeh təqsirli olması Azərbaycan Respublikası Energetika nazirliyi X2 Agentliyinin inzibati tənbeh vermə haqqında 10 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq olunduğundan,həmin akt üzrə də hesablanmış 311 manat 04 qəpik məbləğində dəymiş zərər tələbi məhkəmə hesab edir ki,əsaslıdır.Digər aktlar üzrə isə inzibati xəta haqqında iş üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı və ya cinayət işi üzrə məhkəmə hökmünün olması müəyyən olunmadığından,məhkəmə hesab edir ki,həmin aktlar üzrə tələb cavabdehin təqsirli olması qanunla müəyyən edilmiş qaydada təsdiq olunmadığından əsassızdır. Beləliklə qanunsuz qoşulma halları 23 dekabr 2021-ci il tarixli və 29 fevral 2024-cü il tarixli aktlar üzrə təsdiq olunduğundan,həmin aktlar üzrə müvafiq olaraq 215 manat 40 qəpik və 311 manat 04 qəpik,cəmi 526 manat 44 qəpik məbləğində pulun alınması hissədə məhkəmə hesab edir ki,iddia təmin olunmalı,qalan aktlar üzrə isə pulun alınması hissədə iddia təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında qazın alqısatqısı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh istehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəmək öhdəliyi yerinə yetirmədiyindən, Cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borcu İddiaçınə qaytarmalıdır. İstifadə olunmuş qaz sərfiyyatına görə borc məbləğinə gəldikdə isə,məhkəmə hesab edir ki,borc məbləği düzgün hesablanmamışdır.Belə ki,abonent saldosuna görə Cavabdeh 2024-cü ilin dekabr ayına 6361 manat 71 qəpik məbləğində borcu hesablanmış, qanunsuz qoşulma halları üzrə aktlara əsasən müvafiq olaraq yazılmış 215 manat 40 qəpik, 2371 manat 44 qəpik, 2073 manat 60 qəpik və 311 manat 04 qəpik həmin məbləğdən çıxıldıqda (6361.71- 215.40=61xx.xx-2371.44=3774,87-2073.60=1701.27-311.04=1390.23) borc məbləğin 1390 manat 23 qəpik olması müəyyən olunur.Ona görə də məhkəmə hesab edir ki, təbii qazın 1390 manat 23 qəpik məbləğində ödənilməmiş dəyəri Cavabdeh alınaraq İddiaçınə verilməli,iddia bu hissədə qismən təmin olunmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi (526.44+1390.23=1916.67) 1916 manat 67 qəpik məbləğində pul tutularaq İddiaçıİB-in hesabına köçürülməli,iddianın 30 faizi təmin edildiyindən,məhkəmə xərclərinin 30 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220 -ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ******* saylı, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 215 manat 40 qəpik, ******* saylı, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 311 manat 04 qəpik və istifadə edilmiş təbii qaza görə 1390 manat 23 qəpik, cəmi 1916 manat 67 qəpik məbləğində pul alınaraq İddiaçı hesabına ödənilsin. Qalah hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 30 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 85 manat 40 qəpik məbləğində pulun 25 manat 62 qəpik məbləğində hissəsi alınaraq İddiaçı hesabına ödənilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-395/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-395/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver