Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-447/2025 16.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı X2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, cavabdeh Kərimova (Rüstəmova) Şəkər Nadir qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evinə münasibətdə cavabdeh X1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X3 tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi tam paylı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Sözü gedən evin ona məxsus olması barədə ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli DƏDR-dən çıxarış verilmişdir. Cavabdehi qızıdır. Sözü gedən mənzildə ümumiyyətlə yaşamamış, ailə quraraq Bakı şəhərinə köçmüş və bu günədək ailəsi ilə birlikdə yoldaşına məxsus evdə yaşayır. Buna baxmayaraq formal olaraq mübahisəli evdə qeydiyyatda qalımışdır ki, bu da bir mülkiyyətçi olaraq, öz hüquqlarını tam olaraq, həyata keçirməyə məhdudiyyətlər yaratmışdır. Belə ki, qızının evdə qeydiyyatda olması onu evin barəsində istədiyi kimi sərəncam vermək hüququmdan məhrum etmişdir. Cavabdehə dəfələrlə müraciət etsə də evin satılmasına dair razılıq ərizəsini verməkdən imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Cavabdehin mübahisəli evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Əlavə olunmuş Göyay rayon İcra Nümayəndəliyinin tərtib etdiyi 20 noyabr 2024-cü il tarixli akta əsasən cavabdeh Kərimova (Rüstəmova) X4 şəhəri H.Z.Tağıyev küçəsi 135 ünvanındakı fərdi yaşayış evində uzun müddətdir ki, yaşamadığı təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123- cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.Buna görə görə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MA ******* saylı Dövlət Reyestrindən çıxarışdan görünür ki, Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.0229 ha torpaq sahəsi X2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi nümayəndəliyinin aparıcı mütəxəssisi və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evində Kərimova (Rüstəmova) Şəkər Nadir qızı qonşuların verdiyi məlumata əsasən uzun müddətdir həmin evdə yaşamır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Kərimova (Rüstəmova) X5 şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evində qeydiyyatda qalması iddiaçı X2 mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilənmüqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Kərimova (Rüstəmova) Şəkər Nadir qızına qarşı mülkiyyətində olan Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı X2 mülkiyyətində olan Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evindən, cavabdeh Kərimova (Rüstəmova) Şəkər Nadir qızının istifadə hüququna xitam verilməsinə dair tələbi təmin edilsin. Cavabdeh Kərimova (Rüstəmova) Şəkər Nadir qızının Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evi üzərində hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdeh Kərimova (Rüstəmova) Şəkər Nadir qızının Goyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 saylı ünvanda yerleşen ferdi yaşayış evi üzərində istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-447/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-447/2025
16.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver