Məhkəmə qərarları › İş №e-2(046)-52/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-52/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-52/2025 17.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı1 İsrafil qızının, İddiaçı2 nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə onlarla birgə yaşayan yetkinlik yaşına çatmayan övladlarının iddiaçıların yaşadığı, faktiki sahiblik və istifadə hüququ ilə onlara (həmçinin) torpağa mülkiyyət haqqında şəhadətnamə ilə İddiaçı1) məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 İsrafil qızı izahat verərək bildirdi ki, hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisəni barışıq sazişi ilə məhkəmədən kənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən onlar aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər:

1. Birinci tərəfdə təmsil olunan İddiaçı2 onun xüsusi mülkiyyətində Səməd Vurğun küçəsi ev 23-də yerləşən fərdi yaşayış evinin (daşınmaz əmlakın **********48-10301) ona məxsus payını (********** saylı qeydiyyat nömrəsi) ikinci tərəfdə tələb olunan Cavabdeh1 bağışlayır (digər payçının razılıq ərizəsi sazişə əlavə olunur).

2. Birinci tərəfdə təmsil olunan İddiaçı1, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.3464 ha torpaq sahəsini (daşınmaz əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi: **********) ikinci tərəfdə təmsil olunan Cavabdeh1 bağışlayır.

3. Birinci tərəfdə təmsil olunan İddiaçı1 və İddiaçı2, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən JN 309 nömrəli, 40806018 kod nömrəli dövlət aktı üzrə torpaq sahəsində 309D (0.2585 ha) və 309Z (0,5173 ha) hissələri üzrə öz paylarını ikinci tərəfdə təmsil olunan Cavabdeh1 bağışlayırlar.

4. İkinci tərəf (Cavabdeh1 və Cavabdeh2) və onların ailə üzvləri (uşaqları) Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN-303F (Kod: ********) saylı şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsi və onun üzərində yerləşən ev (hazırkı məhkəmə icraatının predmeti olan torpaq və ev) üzərində bütün hüquqlarından və paylarından imtina edirlər.

5. İkinci tərəf və ailə üzvləri (uşaqları) onların Birinci tərəfə məxsus, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, bu sazişin 4-cü bəndində göstərilmiş fərdi yaşayış evinə pasport qeydiyyatından çıxarılmaları üçün müvafiq qaydada müraciət edirlər.

6. Birinci tərəf hazırda Göyçay rayon məhkəməsinin icraatında olan e-2(046)-52/2025 saylı, xx.xx.2024-cü il tarixli iş üzrə iddiadan imtina edir

7. İkinci tərəf hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-69/2025 saylı, xx.xx.2024-cü il tarixli iş üzrə iddiadan imtina edir.

8. Tərəflər öz öhdəliklərini barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra 4 (dörd) ay müddətində vicdanla, hüquqdan suiistifadə etmədən, paralel olaraq yerinə yetirirlər.

9. Tərəflərdən biri bu sazişdəki öhdəliklərini yerinə yetmədikdə digər tərəf sazişin icrası üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X2 İddiaçı1 izahatına oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək barışıq sazişininin şərtləri ilə tanış olmuş və şərtləri ilə razıdır. Məhkəmədən barışıq sazişinin təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək barışıq sazişininin şərtləri ilə tanış olmuş və şərtləri ilə razıdır. Məhkəmədən barışıq sazişinin təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək barışıq sazişinin şərtləri ilə tanış olmuş və şərtləri ilə razıdır. Məhkəmədən barışıq sazişinin təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə bağladığı barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin:

1. Birinci tərəfdə təmsil olunan İddiaçı2 onun xüsusi mülkiyyətində Səməd Vurğun küçəsi ev 23-də yerləşən fərdi yaşayış evinin (daşınmaz əmlakın **********48-10301) ona məxsus payını (********** saylı qeydiyyat nömrəsi) ikinci tərəfdə tələb olunan Cavabdeh1 bağışlayır (digər payçının razılıq ərizəsi sazişə əlavə olunur).

2. Birinci tərəfdə təmsil olunan İddiaçı1, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.3464 ha torpaq sahəsini (daşınmaz əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi: **********) ikinci tərəfdə təmsil olunan Cavabdeh1 bağışlayır.

3. Birinci tərəfdə təmsil olunan İddiaçı1 və İddiaçı2, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən JN 309 nömrəli, 40806018 kod nömrəli dövlət aktı üzrə torpaq sahəsində 309D (0.2585 ha) və 309Z (0,5173 ha) hissələri üzrə öz paylarını ikinci tərəfdə təmsil olunan Cavabdeh1 bağışlayırlar.

4. İkinci tərəf (Cavabdeh1 və Cavabdeh2) və onların ailə üzvləri (uşaqları) Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN-303F (Kod: ********) saylı şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsi və onun üzərində yerləşən ev (hazırkı məhkəmə icraatının predmeti olan torpaq və ev) üzərində bütün hüquqlarından və paylarından imtina edirlər.

5. İkinci tərəf və ailə üzvləri (uşaqları) onların Birinci tərəfə məxsus, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, bu sazişin 4-cü bəndində göstərilmiş fərdi yaşayış evinə pasport qeydiyyatından çıxarılmaları üçün müvafiq qaydada müraciət edirlər.

6. Birinci tərəf hazırda Göyçay rayon məhkəməsinin icraatında olan e-2(046)-52/2025 saylı, xx.xx.2024-cü il tarixli iş üzrə iddiadan imtina edir.

7. İkinci tərəf hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-69/2025 saylı, xx.xx.2024-cü il tarixli iş üzrə iddiadan imtina edir.

8. Tərəflər öz öhdəliklərini barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra 4 (dörd) ay müddətində vicdanla, hüquqdan suiistifadə etmədən, paralel olaraq yerinə yetirirlər.

9. Tərəflərdən biri bu sazişdəki öhdəliklərini yerinə yetmədikdə digər tərəf sazişin icrası üçün məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar