Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-524/2025 03.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********140-05301-093325 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən AZ1141 ünvan 1 ünvanında yerləşən mənzildən və ƏMDKnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********04-05301-093082 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən AZ1114, ünvan 2 ünvanında yerləşən mənzildən onun və azyaşlı övladları X1 və X2 paylarının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı tərəflər arasında barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol tərtib edilənədək dayandırılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə göndərərək icraatın dayandırılmasında sonra iddiaçı və cavabdeh arasında mediasiyanın tətbiqi ilə bağlı müqavilə və barışıq sazişi bağlanıldığını, bundan sonra tərəflər notarial qaydada dəyişmə əqdi bağlamaqla əmlak üzərində paylarını əvəzləşdirmə yolu ilə dəyişmələrini və hər biri ayrılıqda çıxarış əldə etdiklərini, hazırda tərəflər arasında mübahisənin olmamasını, iş üzrə icraatın təzələnməsini və iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etdiyindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası 03 iyul 2025-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı və nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı nümayəndəs və vəkili Vəkil oğlu iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-524/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-524/2025
03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver