Məhkəmə qərarları › İş №e-2(046)-56/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-56/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-56/2024 01.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qzının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən, Daşınmaz əmlakın Dövlət Reyestrində ********** № ilə qeydə alınmış xüsusi mülkiyyətində olan A 950017 saylı torpaq sahəsini planı və ölçüsü sənədində göstərilən 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə edilən 0,80 ha hissəsinin boşaldılmasına, hüquqi yardım almaq üçün vəkilə ödədiyi 500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə vəsatəti Göyçay Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi daxil olduqdan sonra Göyçay Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası 20 dekabr 2023cü il saat 10.30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Sonradan İddiaçı iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması, ərizənin baxılmamış saxlanılması və ödənilmiş 100 manat dövlət rüsumun geri qaytarılması barədə ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Göyçay Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası 01 fevral 2024-cü il saat 11.30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı, nümayəndəsi və vəkili Vəkil məhkəməyə gəlməmişlər, İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək hazırlıq iclasını onun və təmsil etdiyi şəxsin iştirakı olmadan keçirilməsini iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasın xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İşə əlavə edilmiş sənədlərdən görünür ki,məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu qaytarılmalı,100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar