Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-605/2025 01.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4483 manat 66 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat 84 qəpik məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki Cavabdeh 07 avqust 2023-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4483 manat 66 qəpik pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 4483 manat 66 qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edilmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2025-ci il tarixli arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmədi və izahat verərək bildirdi ki, onun tərəfindən həmin dövr ərzində mənimsə olmamışdır. Şirkət və filial müdiri də bilir ki, hər həftənin 5-ci günü o, mağazalardan pulu götürərək kassaya gələrək pulu ödəmək istəmiş, lakin kassa bağlı olduğu üçün ona bildirilmişdir ki, pulu həftənin 1-ci günü gətirib ödəyərsən. Daha sonra o sözügedən pulu özünə məxsus avtomobilində saxlamış, həmin puldan 5400 manat pul avtomobilindən itmiş, bununla əlaqədar olaraq rayon polis şöbəsinə müraciət etmiş, müraciəti ilə bağlı pulu götürən şəxs tapılmamışdır. Sonra təhvil-təslimə çıxmış, işdə qalıb borcu az-az ödənilməsi ona təklif edilmiş, amma o, işləmək istəmədiyini bildirərək işdən çıxmış, işdən çıxan günü borcdan 3000 manat ödəniş etmiş, 1600 manat əmək haqqısından çıxıldıqdan sonra 4400 manat borc qalmışdır. Hal-hazırda heç yerdə işləmir. Borcunu ödəməyə imkanı yoxdur. İşin faktiki halı: Cavabdeh 07 avqust 2023-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Cavabdeh fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4483 manat 66 qəpik pul vəsaitini müəssisənin kassasına ödəmədiyi müəyyən olunmuşdur. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İş materialları : xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 3 aylıq müddətli əmək müqaviləsi ilə satış nümayəndəsi qismində işə qəbul edilmişdir. “X1” haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul şəxsdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı MMC-nə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixə, saat 15:00 təyin edilmiş, mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, 60 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 4483 manat 66 qəpik məbləğində pulun 5 iş günü müddətində İddiaçı MMC-nə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət edilməsi göstərilmişdir. ********** və ********** saylı mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu:
36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi:
İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq satış nümayəndəsi qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul edərək ticarət nöqtələrinə paylamış, lakin həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda, bunu etməyərək işəgötürənə maddi ziyan vurmuşdur. İddiaçı bununla bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar (cavadehin izahatı, ziyanın Cavabdeh tərəfindən vurulduğunu təsdiq edən akt, təhvil-təslim aktı) təqdim etmiş, Cavabdeh isə aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını və ya borcunun bir qismini ödədiyini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni qeyd olunmuş subutlar tam təsdiqləyir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nə dəymiş zərər 4483 manat 66 qəpik məbləğində müəyyən olunmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 14 manat 84 qəpik və 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 4483 (dörd min dörd yüz səksən üç) manat 66 (altmış altı) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 14 (on dörd) manat 84 (səksən dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnaz Qurbanova