Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-631/2025 11.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12654,43 manat dəymiş ziyanın, avtomobilin qəza nəticəsində öz dəyərini itirməsinə görə 5000 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 142,96 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində cavabdeh şəxs Cavabdeh«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozaraq idarə etdiyi “BYD Destroyer 05 plug-in hibrid minik” markalı Sedan tipli **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etdiyi «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin zərbənin təsirindən avtomobilimin ön hissəsinə ciddi zərər dəymişdir. Cavabdeh şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozduğu üçün xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ tərəfindən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixində TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilimə dəymiş zərər BMW servisinin "xxxx" MMM-nin texniki baxış zamanı tərtib olunmuş aktına əsasən 17654,43 manat məbləğində qiymətləndirilmişdir. Həmin zərərdən "xxxx" ASC tərəfindən ona 5000 manat ödənilmişdir. Avtomobilin təmiri üçün qalan zərər şəxsən tərəfindən qarşılanmışdır. Hal-hazırda qalıq məbləğ və avtomobilin qəzalı status aldığına görə yaranmış fərqin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Pozulmuş hüquqlarımın bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdehin idarə etdiyi avtomobil həmin zaman X1 olmuş cavabdeh də həmin vaxt avtomobili etibarnamə əsasında idarə etmişdir. Daha sonradan isə avtomobili öz mülkiyyətinə qeydiyyata aldırmışdır. Hazırda həmin avtomobil onun sahibliyindədir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində qeyd edilən məbləğdə deyildir. Belə ki, iddiaçının avtomobilin qiymətləndirilməsi barədə müstəqil ekspertə müraciət etmiş, ekspert tərəfindən «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8466.55 manat müəyyən edilmişdir. Buna görə də avtomobilə görə ödənilmiş sığorta ödənişi qeyd edilən məbləğdən çıxılmasını və iddianın 3466.55 manat həddində təmin edilməsini xahiş edir. İş üzrə cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş AD 783889 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş TP 692952 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-cü maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMM-nin tərəfindən tərtib edilmiş dəymiş ziyan aktından görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobilə 17,654.43 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş UniPrice MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16.360 manat maddi ziyan dəymişdir. BMW Servisinin "xxxx" MMM tərəfindən tərtib edilmiş və mülki işə əlavə edilmiş, «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı əks etdirən cədvəldə qeyd edilmiş ehtiyyat hissələrinin dəyəri mövcüd bazar qiymətinə uyğundur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində idarə etdiyi “BYD Destroyer 05 plug-in hibrid minik” markalı Sedan tipli **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozmuş, İddiaçı idarə etdiyi «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə İddiaçı maddi ziyan dəymiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun mənasından göründüyü kimi İddiaçı dəymiş ziyana görə pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərkən UniPrice MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi əsas götürülməli, iddiaçının avtomobilinə dəymiş ziyan ekspert rəyində göstərilən həddə təmin edilməlidir. Həmçinin avtomobilə dəymiş ziyanın məbləği olan 16360 manat pul vəsaitindən 5000 manat sığorta ödənişi çıxılmalıdır. Məhkəmə baxışı zamanı «BMW X5 XDRİVE 40i minik» markalı Universal tipli **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində 5000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektib, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100cü maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş 142.96 manat dövlət rüsumunun 124.08 manatı cavabdehdən tutularaq iddaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 11360 manat pul və 124.08 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 11360 manat pul və 124.08 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-631/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-631/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver