Məhkəmə qərarları › İş №e-2(046)-755/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-755/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-755/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mübahisəlifərdi yaşayış evinin təmiri üçün sərf edilmiş 32870 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 189 manat pul Cavabdeh ona verilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəməyə təqdim edilmiş nömrəli ********** il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 189 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizəsinə əsasən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 189 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar