Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-791/2023 07.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin gecikdirilmə səbəbi üzürlü hesab edilməsi,vərəsə kimi tanınması,qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması,daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 miras qalmış Goyçay rayonu, Atatürk (köhnə Lenin) küçəsi 53 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı “Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə” verilməsi üçün İddiaçı mirasın qəbulu müddətini gecikdirmə səbəbləri üzürlü hesab edilməklə, həmin müddətin uzadılmasını və bu müddət ərzində çəkilən xərclərin qarşılığında 300 manat vəsait iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum X8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı mirasın qəbulu müddətini gecikdirmə səbəbləri üzürlü hesab edilməsini, İddiaçı mərhum X11 vərəsəsi kimi tanınmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum X8 miras qalmış Goyçay rayonu, Atatürk (köhnə Lenin) küçəsi 53 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı mirasın qəbulu müddətini gecikdirmə səbəblərinin üzürlü hesab edilməsini, İddiaçı mərhum əmisi X11 vərəsəsi kimi tanınmasını, Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 585 saylı və Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, xx/xx-6430/14 saylı məktublarında öz əksini tapmayan X12 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-445 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasını, DƏDK və RX phş 16 saylı Ucar Əİ tərəfindən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi altında X9 adına daşınmaz əmlakın dövlət reyestrinə aparılmış qeydiyyatın etibarsız sayılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı mərhum nənəsi X13 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum nənəsi X5 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı miras əmlakın qəbul edilməsi barədə Notariat orqanına müraciət edilməsi zərurəti yaranmış və bu səbəbdən də, qeyd olunan əmlakla bağlı hər hansı bir notarial əməliyyatın aparılıb-aparılmaması sorğu edilmişdir. Cavabdeh Göyçay rayon Notariat Ofisinin vəkil sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli, 585 saylı cavab məktubu ilə bildirilmişdir ki, onlarda saxlanılan məlumatlara görə 2010-cu il tarixdən hazıradək sorğu edilən məsələlərlə bağlı hər hansı məlumatın aşkar edilmədiyi göstərilmiş, eyni zamanda 2010-cu il tarixədək olan dövrlə əlaqədar AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət olunması tövsiyyə olunmuşdur. Göyçay rayon Notariat Ofisinin verdiyi xx.xx.2022- ci il tarixli, 585 saylı cavab məktubundakı məlumatları dəqiqləşdirmək məqsədilə, AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə növbəti dəfə eyni məzmun daşıyan xx.xx.2022-ci il tarixli vəkil sorğusu göndərilmişdir. Həmin sorğu ilə 2010-cu il tarixədək olan dövrlə əlaqədar AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edilməsinin tövsiyyə olunması əsas gətirilmişdir. AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivnin Vəkil sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli, xx/xx-6430/14 saylı cavab məktubu ilə bildirilmişdir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1990–2008-ci illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və vərəsəlik işlərinə o cümlədən xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” İnformasiya sisteminə baxış keçirilərkən X13 barəsində rəsmiləşdirilmiş notariat hərəkəti aşkar edilməmişdir. Göründüyü kimi, hər 2 sorğuya verilən cavabdan məlum olur ki, İddiaçı mərhum nənəsi X5 məxsus olan və Göyçay şəhəri Atatürk küçəsi 53-də yerləşən evlə bağlı – Göyçay rayon Notariat Ofisində saxlanılan arxiv materiallarında 2010-cu il tarixdən hazıradək, habelə Göyçay rayon Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1990–2008-ci illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrdə və vərəsəlik işlərində, həmçinin xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” İnformasiya sistemində – hər hansı notarial əməliyyatın aparılması aşkar edilməmişdir. Beləliklə də, İddiaçı – nənəsi rəhmətə getdikdən sonra, mərhum nənəsinə məxsus Göyçay şəhəri Atatürk küçəsi 53-də yerləşən evdə yaşamış xx.xx.1954-cü il təvəllüdlü mərhumun oğlu və iddiaçının əmisi olan X21 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi üçün, həm də əmisinin övladı olmadığı üçün – miras qalmış həmin evlə bağlı “Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə”nin verilməsi üçün mirasın qəbulu müddətinin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsi, bunun mümkün olmadığı halda isə bununla bağlı imtina məktubunun verilməsinə dair – xx.xx.2022-ci il tarixdə Göyçay r-n Notariat Ofisinə müraciət etmişdir. Göyçay rayon Notariat Ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 32 saylı cavab məktubu ilə iddiaçıya bildrilmişdir ki, iddiaçının əmisi rəhmətə getdikdən sonra, xx.xx.2015-ci il tarixdə mərhumun arvadına vərəsəlik şəhadətnaməsi verilmişdir. Göyçay rayon Notariat Ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 585 saylı rəsmi məktuba əsasən, iddiaçının nənəsinə məxsus evlə bağlı – 2010-cu il tarixdən hazıradək, hər hansı notarial əməliyyatın aparılmadığı halda, cavabdeh Göyçay rayon Notariat Ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 32 saylı digər məktubla xx.xx.2015-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verildiyi bildirilir. Bununla da məlum olur ki, cavabdehin verdiyi və ziddiyyət təşkil edən 2-ci məktub əsassız olmuş, bu da, nəticədə, mirasın qəbulu müddətini gecikdirmənin üzürlü hesab edilməsi ilə bağlı, iddiaçının müraciət etmə hüquqlarını pozmuşdur. Xüsusilə qeyd olunur ki, İddiaçı atası İntiqam iddiaçının nənəsi A.İ.Əsgərovanın digər oğlu mərhum X11 doğma qardaşı olmuş və o da, xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Cavabdehin verdiyi və iddiaçının hüquqlarını pozan – 2-ci məktub, 1-ci məktubundan sonra verildiyi, habelə həmin məktub iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün, imperativ norma olan AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi rəhbər tutularaq bildirilir ki,vətəndaşın vəziyyətini ağırlaşdıran halda qanunun geriyə qüvvəsi yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə bacısı X16 vəfat etdikdən sonra Göyçay rayon Notariat Ofisinə müracət edərək X6 vərəsəsi kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Göyçay şəhəri, Atatürk küçəsində 0,0396 ha torpaq sahəsində yerləşən 53 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə 04 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin izahatını, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2000-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 19 aprel 2022-ci il tarixli arayışından görünür ki, X21 xx.xx.2015-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş 25 may 1995-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 özünə məxsus bütün əmlakını, o, cümlədən Göyçay şəhəri Lenin küçəsində yerləşən 53 saylı evini X17 vəsiyyət etmişdir. İşə əlavə edilmiş Göyçay şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015- ci il tarixli arayışından görünür ki, X16 2009-cu ildən ünvan 2 saylı evdə qeydiyyatdadır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X16 arasında nikah 07 sentyabr 2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışdan görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 01 mərtəbəli, 02 otaqlı 53 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 04 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X11 vərəsəsi arvadı X2 şəhəri, Atatürk küçəsi ev 53 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 dövlət reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində 0,0396 ha torpaq sahəsində yerləşən 53 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 04 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X6 vərəsəsi bacısı X3 şəhəri, Atatürk küçəsi ev 53 miras əmlakdan tam hissədə pay almalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində 0,0396 ha torpaq sahəsində yerləşən 53 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 04 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 31 avqust 2022-ci il tarixli məktubundan görünür ki, mərhum X4 adına olan əmlaka dair hər hansı bir notariat əməliyyatının aparılıb-aparılmaması barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin e-Notariat sistemində aşkar edilməmişdir. İşə əlavə edilmiş Dövlət Notariat Arxivinin 18 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1990–2008-ci illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və vərəsəlik işlərinə və xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” İnformasiya sisteminə baxış keçirilərkən X13 barəsində rəsmiləşdirilmiş notariat hərəkəti aşkar edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və a bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 29-cu bəndinə görə notariusun apardığı bütün notariat hərəkətləri kağız və elektron formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur. Kağız daşıyıcıda olan reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır. İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir. Elektron formada olan notariat reyestrində qeyd edilən notariat hərəkətləri barədə məlumatlar birbaşa “Elektron notariat” informasiya sisteminə daxil edilir və daimi orada saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə nəzərə çatdırır ki, iddiaçının nümayəndəsi məhz X14 verilmiş xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirdiyindən,məhkəmə verilmiş tələblər üzrə qətnamə qəbul etməli olmuşdur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki,iddiaçının nənəsi X13 özünə məxsus olmuş Göyçay şəhəri Lenin (Atatürk) küçəsi 58 saylı evi xx.xx.1995-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə əsasında oğlu X17 vəsiyyət etmişdir.X13 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra miras əmlak xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Miras qoyan X21 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus olan Göyçay şəhəri Atatürk küçəsində yerləşən 53 saylı ev qanun üzrə vərəsəlik qaydasında arvadı X1. X6 notariat orqanına verdiyi ərizə əsasında vərəsəlik hüququ xx.xx.2015-ci il tarixli şəhadətnamə verilməklə rəsmiləşdirilmiş,miras əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. X16 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bacısı X7 ünvan 3 ünvanda yerləşən miras əmlaka vərəsəlik hüququ tanınmış,miras əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. X7 adına xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar notariusun apardığı notariat hərəkəti vərəsəlik işinə V-112/2022 nömrəsi verilməklə,reyestrdə 2V-445 № ilə qeyd edilməklə informasiya sisteminə daxil edilmiş,sənədin həqiqiliyi www.notariat.az informasiya sisteminə daxil edilməklə QR kod vasitəsilə yoxlanılması mümkündür. Göründüyü kimi notariat hərəkəti «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə uyğun olaraq aparıldığından qanuni və əsaslı olmuşdur.Odur ki,məhkəmə hesab edir ki, X7 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən,şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi hissədə iddia təmin olunmamalıdır. O ki qaldı mərhum X8 miras qalmış Göyçay şəhəri Atatürk küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçı mirasın qəbulu müddətini gecikdirmə səbəbləri üzürlü hesab edilməsi və İddiaçı mərhum əmisi X11 vərəsəsi kimi tanınması tələbinə məhkəmə qeyd edir ki,miras qoyan X11 qanun üzrə vərəsəlik zamanı arvadı X6 birinci növbədə vərəsə olması sonrakı növbənin vərəsəliyini istisna etdiyindən,İddiaçı mirasın qəbulu müddətini gecikdirmə səbəbləri üzürlü hesab edilməsi və İddiaçı mərhum əmisi X11 vərəsəsi kimi tanınması tələbi əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin gecikdirilmə səbəbi üzürlü hesab edilməsi,vərəsə kimi tanınması,qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması,daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələbinə dair iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin gecikdirilmə səbəbi üzürlü hesab edilməsi,vərəsə kimi tanınması,qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması,daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-791/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-791/2023
07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver