Məhkəmə qərarları › İş №e-2(046)-795/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-795/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-795/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "X1" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "X1" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 43.271 (qırx üç min iki yüz yetmiş bir) manat əsas, 7597.40 (yeddi min beş yüz doxsan yeddi manat, qırx qəpik) cərimə borcu, ümumilikdə 50868.40 (əlli min səkkiz yüz altmış səkkiz manat, qırx qəpik) və ödənilmiş 242.6 (iki yüz qırx iki manat, altmış qəpik) dövlət rüsumunun tutularaq iddiaçı "X1" MMC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 12 mart 2025-ci il tarixə saat 10:30-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı "X1" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məxsus elektron kabinetinə və Cavabdeh xəbərdar edilməsinə baxmayaraq üzrsüz səbəbdən məhkəmənin hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, işə oların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən məhkəmənin hazırlıq iclası 15 aprel 2025-ci il tarixə saat 10:15-ə təxirə salınmış, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, "X1" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məxsus elektron kabineti vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq üzrsüz səbəbdən məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh vəsatət verərək iddiaçı "X1" MMC-i ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021 saylı “elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə olan imza onun tərəfindən icra olunmadığından iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar iddiaçı "X1" MMC tərəfindən 242 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "X1" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "X1" MMC tərəfindən ödənilmiş 242 (iki yüz qırx iki) manat dövlət rüsumu qaytarılsın. (qəbzin nömrəsi: **********) İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar