Məhkəmə qərarları › İş №e-2(047)-1054/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-1054/2024

08.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-1054/2024 08.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, İddiaçı cavabdeh X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, X2 (VÖEN **********) fərdi sahibkar statusunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov küçəsi ev 15 üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmçinin, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən və iş materiallarından da göründüyü kimi iş üzrə cavabdeh X2 fərdi sahibkarlıq statusuna malik olan fiziki şəxs olduğundan, eyni zamanda X2 fərdi sahibkar statusunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov küçəsi ev 15 üzrə vergi ödəyicisi kimi qeydiyyatda olduğundan və tərəflər arasında mübahisələndirilən əmək müqaviləsi də həmin ünvan üzrə bağlandığından hazırki mülki iş üzrə İddiaçı cavabdeh X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qeyd edilən iddia tələbi ilə bağlı ərazi aidiyyətı üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı cavabdeh X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın və iddiaçıya ərazi aidiyyətı üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah olunsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar