Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-186/2024 30.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 16 may tarixli 03/02053 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn cavabdehə istifadəyə verilmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000,00 (altı min) manat öhdəlikdən cavabdeh tərəfindən 2 000,00 (iki min) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4 000,00 (dörd min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Qeyd edilənlərə əsasən də hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, operativ lizinq müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03/02053 saylı operativ lizinq müqaviləsinə əsasən 4000 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 03/02053 saylı operativ lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, 2018-ci il buraxılışlı, taxılyığan kombayn, Sampo SR-2065 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı texnika lizinq verən tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 6 000,00 (altı min) manat icarə haqqı müqabilində lizinq alanın, yəni Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03/02053 saylı operativ lizinq müqaviləsinə əsasən X3 SR- 2065 markalı texnikanı 6000 manata lizinqə götürmüş, müqavilə üzrə öhdəliyinin 2000 manatını ödəmiş, 4000 manatını isə xx.xx.2023-cü il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə 4000 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 16 may tarixli, 03/02053 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 6 000,00 (altı min) manat icarə haqqı müqabilində İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən 6000 (altı min) manat öhdəlikdən 2000 (iki min) manat ödəniş edilmiş, bundan sonra Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli, 03/02053 nömrəli müqavilə üzrə cəmi 4000 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə iddia tələbinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 60 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, yəni Cavabdeh xx.xx.2023-cü il tarixli, 03/02053 saylı operativ lizinq müqaviləsinə əsasən 4000 manat məbləğində borc pul və ödənilmiş 60 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03/02053 saylı operativ lizinq müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində borc pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Aqroservis” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-186/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-186/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver