Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-380/2024 06.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı QSC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi tərəflər arasında olan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan İddiaçı QSC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq mediatora və ya mediyasiya təşkilatına müraciət etməklə ilkin mediasiya sessiyasında iştirak etməlidir. İş materiallarını nəzərdən keçirən zaman isə tərəflərin ilkin mediasiya prosesində iştirakını təsdiq edən sənədin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Həmçinin məhkəmə iddiaçının nəzərinizə çatdırır ki, İddiaçı QSC qeyd edilən tələblərə riayət etdikdən sonra cavabdehə qarşı müvafiq məhkəmədə müvafiq iddia tələbi ilə iddia qaldırmaq hüququna malikdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə İddiaçı QSC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl tərəflərin müvafiq mediatora və ya mediyasiya təşkilatına müraciət etməklə ilkin mediasiya sessiyasında iştirak etməli olduqlarının, eyni zamanda qərardadda qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı QSC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdan əvvəl tərəflərin müvafiq mediatora və ya mediyasiya təşkilatına (Mediyasiya Şurasının əlaqə nömrələri ***-***-**-**; ***-***-**-**; ***-***-**-**, internet səhifəsi mediasiya.orq) müraciət etməklə ilkin mediasiya sessiyasında iştirak etməli olduqları, eyni zamanda qərardadda qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-380/2024
Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-380/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver