Məhkəmə qərarları › İş №e-2(047)-71/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-71/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-71/2024 19.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı məcburi icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı məcburi icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 892,50 manat məbləğində hərracın keçirilməsi xərcinin, 1249,50 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 41,42 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASCnin Cavabdeh qarşı məcburi icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-287/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 27117.02 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 27117.02 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-57453- 16 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 042/23 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı «Bakı Hərrac Mərkəzi” MMC-nin 24 aprel 2023-cü il tarixli 042/23 saylı hesab-fakturasından göründüyü kimi Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 892.50 manat məbləğində xidmət haqqı (756.36 manat və 136.14 manat vergi (18% ƏDV) ümumilikdə 892.50 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən «Bakı Hərrac Mərkəzi” MMC-nin "xxxx" ASC-nin 1 saylı Səbail filialında olan hesabına xx.xx.2023-cü il tarixli № 042/23 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 756.36 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********* ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2023-ci il tarixli EQ seriya EBDG №293600 əsasən 136.14 manat ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh işi ilə bağlı, məhkəmə icraçılarına 7 faiz 1249.50 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 892.50 manat məbləğində hərracın keçirilməsi xərci və 1249.50 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Ona görə də məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 892.50 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərcin, 1249.50 manat məbləğində icra ödənişinin, cəmi 2142 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 41.42 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-287/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 27117.02 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 27117.02 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana-Cavabdeh qaytarılması və ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. İş materiallarında olan hərrac "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 042/23 saylı “Hərracın yekunları barədə Protokolu”ndan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan üç ədəd ödəniş tapşırığından görünür ki, Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərraca çıxarılması ilə əlaqədar olaraq İddiaçı ASC tərəfindən 892.50 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərcin, 1249.50 manat məbləğində icra ödənişinin, cəmi 2142 manat pul məbləğinin ödənilməsi həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, kredit öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyinə görə İddiaçı ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehdən ümumilikdə 27117.02 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Kia Sportage” markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 27117.02 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nə ödənilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş və son nəticədə ipoteka predmeti açıq hərracda bank tərəfindən əldə edilmişdir. Bununla belə, işdən görünür ki, həmin qətnamənin icrası ilə bağlı bir sıra xərclər bank tərəfindən ödənilmişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edılmədıkdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədıkdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1 -ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1 -ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Həmin Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən vaxtında yerinə yetirilməmiş, kredit mübahisəsi üzrə məhkəmə qətnaməsi çıxarılmış, bu məhkəmə aktının icra edilməsi ilə bağlı icra sənədi üzrə tələbkar olaraq İddiaçı ASC tərəfindən ümumilikdə 2142 manat xərc çəkilmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həmin xərc Cavabdeh kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində çəkildiyindən ondan tutularaq İddiaçı ASC-yə qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 41,42 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41,42 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, yəni Cavabdeh 892,50 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərc, 1249,50 manat məbləğində icra ödənişi, cəmi 2142 manat pul məbləği, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 41,42 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 892,50 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərc, 1249,50 manat məbləğində icra ödənişi, cəmi 2142 (iki min bir yüz qırx iki) manat pul məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar