Məhkəmə qərarları › İş №e-2(047)-710/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-710/2024

21.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-710/2024 21.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında bахаraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 sentyabr 2021-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmağa başlamış və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 17218 (on yeddi min iki yüz on səkkiz) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 17218 (on yeddi min iki yüz on səkkiz) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndin əəsasən “işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda”. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur”. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini yerinə yetirməmişdir. Onlar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişlər. Lakin təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 70 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Beləliklə Cavabdehnın halhazırda İddiaçı MMC-yə ümumilikdə 17281 manat borcu qalmaqdadır. Odur ki, Cavabdeh 17218 (on yeddi min iki yüz on səkkiz) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141,65 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nilufər Osmanova məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən ona əlavədən, əmrdən çıxarışdan və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən cəmiyyətin satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və onunla tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC üzrə xx.xx.2023-cü il bildirişdən görünür ki, Cavabdeh işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından və aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 17218 manat borcu qalmış və qeyd edilən akt Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə yaranmış 17218 manat borcunun qısa müddət ərzində şirkətə ödənilməsi cavabdehdən tələb edilmişdir. İş materiallarına əlavə edilmiş mediator Vəfa Ömərova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC Cavabdeh ilə aralarında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin xx.xx.2024cü il tarixdə saat 13:30-14:00 aralığında keçirilən ilkin mediasiya sessiyasından sonra tərəflər prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər və buna görə İddiaçı MMC tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında müvafiq əmək müqaviləsi bağlanılmış və o, xx.xx.2021-ci il tarixdən həmin cəmiyyətdə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin əmək münasibətləri prosesində tam maddi məsuliyyət daşıması barədə müvafiq müqavilə də bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamış və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xx.xx.2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş yerində iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışına və müvafiq akta əsasən Cavabdeh İddiaçı MMC-nə 17218 manat borcu yaranmış və qeyd edilən akt Cavabdeh tərəfindən imzalanmaqla bununla da onun tərəfindən Avrora” MMC-nə 17218 manat borclu olduğu etiraf edilmişdir. Bundan sonra qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, onun tərəfindən iddiaçıya heç bir ödəniş həyata keçirilməmişdir. Bundan sonra İddiaçı MMC Cavabdeh ilə aralarında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə saat 13:30-14:00 aralığında keçirilən ilkin mediasiya sessiyasından sonra tərəflər prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər və buna görə İddiaçı MMC tərəfindən 70 manat məbləğində mediasiya xərci də ödənilmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan İddiaçı MMC-nin ödəmiş olduğu mediasiya xərci hesabına Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci, həmçinin ödənilmiş 141,65 manat dövlət rüsumu da iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə belə hesab edir ki, mübahisənin yaranmasında təqsirli şəxs, məhz Cavabdehdur. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 17218 manat dəymiş ziyanın, 50 manat ödənilmiş mediasiya xərcinin və eyni zamanda 141,65 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam nəticəsində belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17218 manat məbləğində dəymiş ziyan, 50 manat ödənilmiş mediasiya xərci və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 141,65 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17218 (on yeddi min iki yüz on səkkiz) manat dəymiş ziyan, 50 (əlli) manat ödənilmiş mediasiya xərci və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 141,65 (bir yüz qırx bir manat altmış beş qəpik) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar