Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-345/2024 02.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun oğlunun sədrliyi, Mirzəyev Faiq Füzuli oğlunun katibliyi, İddiaçı ehtibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə qeydə alınmış 146 saylı qeydlə onunla Cavabdeh arasında bağlanmış nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü ilin sentyabr ayında tanış olub, 11 oktyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olublar. Cavabdehlə aralanında heç bir ciddi münasibət olmamiş,yalniz dostluq münasibəti olmuşdur. Nikahın ehtibarsız sayılması barədə müraciət etməyinin səbəbi aralarında bağlanmış nikaha ailə qurmaq niyyəti olmadan daxil olmaqlarıdır. Qeyd edib ki, qeydiyyata alınan nikahın məqsədi qanunauyğun rəsmiləşsədə, faktiki olaraq niyyət ər-arvad münasibətinə daxil olmaq deyildir. Nəticədə heç bir real ər-arvad münasibəti mövcud olmamış, birgə yaşamamış, el adəti ilə toy mərasimi olmamışdır.Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı ehtibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxanlmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə qeydə alınmış 146 sayla nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş X1 1 saylı Mediasiya təşkilatının Mediatoru şükürov Ramin Rafail oğlu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00241 saylı arayışdan görünür ki, İddiaçı mediasiya təşkilatına müraciət edərkən 60 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 49.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə İddiaçı ehtibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlan hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh ilə 2023-cü ildə faktiki ailə qurmuşlar. Nikahlarını 11 oktyabr 2023-cü il tarixdə 146 saylı qeydlə Nizami Rayon Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Tərəflər rəsmi olaraq nikahların qeydiyyat orqanında qeyd etdirsələrdə faktiki olaraq nikahlarını qeyd edtikləri tarixdən hal-hazırki tarixədək bir yerdə yaşamamışlar. Beləliklə məhkəmə hesab edir ki, tərəflər nikahlarını qeydiyyat orqanında qeyd etdirdələrdə faktiki olaraq bir yerdə yaşamadıqlarından tərəflərın nikah akt qeydi ehtibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Allə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Vətəndaşlıq vəzyəti aktlarının qeydində dəyişiklik qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qəran ilə təsdiq deilmiş «Vətəndaşlıq vəzyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında qərarın tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmkənin qətnaməsi əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquq haqqında mübahisə olmadıqda edilmiş qeyddə dəyişiklik etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə iddia təmin olunmaqla İddiaçı ilə Cavabdeh arasında Nizami Rayon Qeydiyyat Şöbəsində 11 oktyabr 2023-cü il 146 sayla bağlanmış nikah akt qeydi ehtibarsız hesab edilməlidir. İddiaçı mediasiya təşkilatına müraciət edərkən ödədiyi 60 manat mediasiya xərci ya 49.60 manat dövlət rüsumu Cavabdeh tutularaq cavabdehe verilməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsində isə göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşayış yerinin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.4-cü maddəsinə görə etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Nizami Rayon Qeydiyyat şöbəsində 11 oktyabr 2023-cü il 146 saylı qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı mediasiya təşkilatına müraciət edərkən ödədiyi 60 manat mediasiya xərci və 49.60 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamənin icrası Nizami Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-345/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-345/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver