Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-710/2025 02.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı “Hüquqi Xidmət Mərkəzi”nin direktoru İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “Hüquqi Xidmət Mərkəzi”nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Hüquqi Xidmət Mərkəzi” - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliyi üzrə ödənilməli olan 650 (altı yüz əlli) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 31 (otuz bir) manat, həmin pul vəsaitini özündə saxladığına görə xx.xx.2025-ci il tarixdən iddia ərizəsi məhkəməyə verilənədək bank uçot dərəcəsinə uyğun olaraq 30 (otuz) manat pulun alınaraq “Hüquqi Xidmət Mərkəzi”nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanılmış hüquqi xidmət göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığına görə təzminat almasına köməklik göstərmişlər. Müqavilənin şərtlərinə əsasən alacağı təzminat sifarişçiyə yəni hazırkı cavabdehe ödənildikdən sonra 650 manat pul vəsaiti onların hesabına ödənilməli idi. Lakin onlar tərəfindən öhdəliklər tam icra olunsa da, cavabdeh tərəfindən bu öhdəlik yerinə yetirilməmişdir. İddia ərizəsinə əlavə olunmuş müqavilə öhdəliyindən məlumdur ki, ümumi ödəniləcək məbləğ 1500 manat olmalıdır. Müqavilə şərtinə əsasən həmin məbləğin 650 manatı hüquqi xidmət göstərdiklərinə görə “Hüquqi Xidmət Mərkəzi” nə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş ödəniş tapşırığından məlumdur ki, cavabdeh xx.xx.2025-ci ildə 1500 manat pul almışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə iddiaçı “Hüquqi Xidmət Mərkəzi” arasında 01 may 2025-ci il tarixdə öhdəlik müqaviləsi bağlamışdır. Cavabdeh 2011-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, ona ödəniləcək təzminatlardan yararlana bilmədiyini, bununla bağlı ona hüquqi xidmət göstərilməsini xahiş etmişdir. Öhdəliyi üzərinə götürən “Hüquqi Xidmət Mərkəzi” öhdəliyi yerinə yetirmiş, göstərilən hüquqi xidmətin nəticəsində cavabdehə 1500 manat pul ödənilmiş, lakin sifarişçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmə, “Hüquqi Xidmət Mərkəzi”nə ödənilməli olan 650 (altı yüz əlli) manat pulu ödəməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Hüquqi Xidmət Mərkəzi”nin direktoru İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəf məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Lerik Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məlumat verməməsini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “sifarişçi” - Cavabdeh ilə “icraçı” - “Hüquqi Xidmət Mərkəzi”nin direktoru İddiaçı və X2 arasında bağlanmış 01 may 2025-ci il tarixli müqavilədən görünür ki, “icraçı” “Hüquqi Xidmət Mərkəzi” “sifarişçi” Cavabdeh tərəfindən verilmiş AR-İİİ № 656493 nömrəli təmsiçilik etibarnaməsi əsasında xx.xx.2011-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sifarişçinin” ağır dərəcəli bədən xəsarəti almasına dair təzminat ödənişinin 25 iş günü müddətində “sifarişçinin” bank hesabına ödənilməsi öhdəliyini üzərinə götürmüş (fors major hallar istisna olmaqla), “sifarişçi” isə bank hesabına 1500 manat məbləğində təzminat ödənişi ödənildikdən sonra “icraçı”ya çatacaq 650 manat xidmət haqqının ödənilməsini üzərinə götürmüşdür. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, AR-İİİ № 656493 nömrəli etibarnamədən görünür ki, Cavabdeh Xəzər Rayon Məhkəməsindən ona çatası sənədləri almağı, Sığorta şirkətlərində. İcbari Sığorta Bürosunda onu, təmsil etməyi, adındane bütün növ sənədləşmə işlərini görməyi, sənədləri təqdim etməyi, ərizə verməyi, imza etməyi, ona çatası sənədləri almağı və bu tapşırığın yetirilməsi ilə əlaqədar bütün hərəkətlərı yerinə yetirməyi xx.xx.2025-ci il tarixədək X1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 922İNTL251410003 nömrəli ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X3 tərəfindən Cavabdeh bank hesabına 1500 manat pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəvicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, “Hüquqi Xidmət Mərkəzi” (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmış və təmsilçisi İddiaçıdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə “Hüquqi Xidmət Mərkəzi”nin direktoru İddiaçı və X2 arasında bağlanmış 01 may 2025-ci il tarixli müqaviləyə əsasən “Hüquqi Xidmət Mərkəzi” Cavabdeh tərəfindən verilmiş AR-İİİ № 656493 nömrəli təmsiçilik etibarnaməsi əsasında xx.xx.2011-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “sifarişçinin” ağır dərəcəli bədən xəsarəti almasına dair təzminat ödənişinin 25 iş günü müddətində “sifarişçinin” bank hesabına ödənilməsi öhdəliyini üzərinə götürmüş, Cavabdeh isə bank hesabına 1500 manat məbləğində təzminat ödənişi ödənildikdən sonra “Hüquqi Xidmət Mərkəzi”nə çatacaq 650 manat xidmət haqqının ödənilməsini üzərinə götürmüşdür. “Hüquqi Xidmət Mərkəzi” öz üzərinə düşən öhdəliyi icra edərək Cavabdeh bank hesabına 1500 manat pul vəsaitinin ödənilməsini təmin etsə də, Cavabdeh isə öz öhdəliyini icra etməyərək “Hüquqi Xidmət Mərkəzi”nə çatacaq 650 manat pul vəsaitini ödəməmişdir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı tapşırıq müqaviləsi üzrə tapşırıq müqaviləsində qeyd olunan tapşırıqların icrasını həyata keçirməsi barədə cavabdeh qarşısında öhdəlik götürmüş, cavabdeh isə bunun müqabilində razılaşdırılmış məbləği ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Müqavilə şərtləri üzrə vəkalət alan iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, vəkalət verən cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh müqavilə öhdəliyi üzrə ödənilməli olan 650 (altı yüz əlli) manat pul, bank uçot dərəcəsinə uyğun olaraq 30 (otuz) manat pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq iddiaçı “Hüquqi Xidmət Mərkəzi”nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə öhdəliyi üzrə ödənilməli olan 650 (altı yüz əlli) manat pul, bank uçot dərəcəsinə uyğun olaraq 30 (otuz) manat pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq iddiaçı “Hüquqi Xidmət Mərkəzi”nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində cavabdeh onun ləğvi üçün Lerik Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-710/2025
Lerik Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(048)-710/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver