Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-10/2024 19.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının direktoru X2 iştirakı ilə, İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının direktoru X3 məhkəməyə Cavabdeh qarşı iddia verərək sonuncu tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən torpaq sahəsinin üzərində özbaşına inşa edilmiş 7x6 ölçüdə blok kərpicdən ibarət qeyriqanuni tikilinin qanunsuz hesab edilməklə cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X6 Sınaq Stansiyası “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisəsi və müəssisələrinin ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilmiş dövlət müəssisəsidir. X6 Sınaq Stansiyasının balansında olan 694 yerlik məktəb binasının yarımçıq tikilisinin ərazisində Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini Cavabdeh tərəfindən 7x6 ölçüdə blok kərpicdən ibarət qeyri-qanuni olaraq fərdi yaşayış evi inşa edilmişdir. Dövlətə məxsus torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi və cavabdehin qanunazidd əməllərinə hüquqi qiymət verilməsi ilə əlaqədar müvafiq olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinə müraciət olunmuşdur.Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş və torpaq sahəsinin istifadə vəziyyəti ilə əlaqədar keçirilən monitorinq zamanı tikilinin müəssisəmizə məxsus dövlət mülkiyyətinə aid torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşməsi və qanunsuz olaraq həyata keçirilməsi müəyyən olunmuşdur. İnşa edilmiş tikilinin sökülməsi ilə bağlı Cavabdehlə danışıqlar olsa da, tikilinin sökülməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının direktoru X3 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” və “Dövlət müəssisəsinin balansında olan daşınmaz əmlakın siyahısını” cədvəlindən görünür ki, iddiaçı hüquqi şəxs olmaqla onun hüquqi ünvanı Lənkəran rayonu, Şürük kəndidir və onun balansında Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində 4400 kv.m torpaq sahəsi və həmçin torpaq sahəsində yerləşən, ümumi sahəsi 2805 kv.m olan 694 şagirdlik məktəbin yarımçıq tikilisi vardır. İş materiallarında olan İddiaçı ASC-nin X6 X1 rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən 694 yerlik məktəb binasının yarımçıq tikilisinin torpaq sahəsində aparılan tikinti işləri barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən fərdi yaşayış evi tikmək məqsədi ilə yarımçıq tikili inşa olunduğu aşkar olunmuş və faktiki vəziyyətə uyğun fotoşəkil çəkilərək sənədlərlə birgə akta əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli pretenziya arayışından görünür ki, cavabdehdən, Aqroservis” ASC-nin X6 Sınaq Stansiyasının balansında olan ərazidə qanunsuz olaraq 7x6 ölçüdə blok kərpicdən olmaqla inşa edilmiş fərdi yaşayış evinin tikintisinin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələb edilmiş, əks halda həmin tələb üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyindən görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kənd ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində 7x6 ölçüdə tikilinin inşa ediməsi və həmin tikilinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Mütəxəssis təqdiqatının dəyəri 95 manat təşkil eləyir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8359 saylı ekspert rəyindən görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində 7x6 ölçüdə tikilinin inşa və həmin tikilinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Ekspertiza təqdiqatının dəyəri 50 manat təşkil eləyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliiyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının balansında Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində 4400 kv.m torpaq sahəsi və həmçin torpaq sahəsində yerləşən, ümumi sahəsi 2805 kv.m olan 694 şagirdlik məktəbin yarımçıq tikilisi vardır.Həmin məktəbin yerləşdiyi torpaq sahəsində Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini Cavabdeh tərəfindən 7x6 ölçüdə blok kərpicdən ibarət fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz etməmiş, məhkəmə iclasına gələrək həmin tikilinin tikintisinə müvafiq icazə alındığına dair müvafiq sübutunu təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfindən inşa edilmiş həmin evi özbaşına tikili hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunan Məcəllənin 180.4-cü maddəinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddia üzrə iddiaçının balansında olan torpaq sahəsinin bir hissəsini cavabdeh tutaraq orada özü üçün özbaşına ev tikmiş, həmin evin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair hərhansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən Aqroservis” ASC-nin X6 Sınaq Stansiyasının balansında olan torpaq sahəsində qanunsuz olaraq tikdiyi 7x6 ölçüdə blok kərpicdən ibarət fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilsin. Aqroservis” ASC-nin X6 Sınaq Stansiyasının balansında olan və ümumi sahəsi 2805 kv.m olan 694 şagirdlik məktəbin yarımçıq tikilinin yerləşdiyi 4400 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına inşa edilmiş 7x6 ölçüdə blok kərpicdən ibarət ev cavabdehin öz vəsaiti heabına sökülsün. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı ASC-nin X6 Sınaq Stansiyasının nümayəndəsi tərəfindən ödənilmiş 95 manat Cavabdeh aid edilsin və odan tutularaq iddiaçının hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(049)-10/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-10/2024
19.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver