Məhkəmə qərarları › İş №e-2(049)-1014/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1014/2024

02.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1014/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi:X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «borc tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14150 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,45 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 avqust 2013-cü il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş "Vurulmuş zərərin təsdiqlənməsi barədə" akta əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 14150 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur.Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 14150 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsinə görə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Cavabdeh fəaliyyəti xx.xx.2023-cü il tarixində yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2150 manat pulun səhlankarlıq nəticəsində "xxxx" MMC-yə ödənilməməsi müəyyən edilmişdir. Akt cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Cavabdeh fəaliyyəti xx.xx.2023-cü il tarixində yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2150 manat pulun səhlankarlıq nəticəsində "xxxx" MMC-yə ödənilməməsi müəyyən edilmişdir. Akt cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh 01 avqust 2013-cü il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi xitam verilməsi barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında tam maddi məsyliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02797 saylı Mediasiya arayışından görünür ki, İddiaçı MMC tətəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, İddiaçı MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 82.45 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin "a" bəndinə əsasən "İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda". Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2-ci maddəsinə əsasən Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilən normalara əsasən hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı, müəyyən edildi ki, Cavabdeh 01 avqust 2013-cü il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş "Vurulmuş zərərin təsdiqlənməsi barədə" akta əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 14150 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə, cavabdehdən tuutulacaq dövlət rüsumunu nəzərə alaraq iş üzrə ödənilmiş 60 manat mediasiya xərcinin iddiaçıya aid edilməsini əsaslı və qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. İş üzrə ödənilmiş 82.45 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı hesabına ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar