Məhkəmə qərarları › İş №e-2(049)-131/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-131/2024

20.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-131/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçının nümayəndələri: X2, X1, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «borc tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2330.53 (iki min yüz cotuz manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixli, 106 saylı “Akt”a əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 13670.13 (on üç min altı yüz yetmiş manat on üç qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 2330.53 (iki min üç yüz otuz manat əlli üç qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinəəsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda”. Mülki Məcəllənin Məcəllənin 445.2.-ci maddəsinə əsasən, “Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur”. Ərizəyə əlavə olunmuş Xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən Cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aramızda yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aramızda yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəfindən tam şəkildə ödənilmişdir Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X2, X1 hər biri ayrıayrılıqda məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək onun şirkətə heç bir borcunun olmadığını, bütün pulları şirkətə qaytardığını, bu halın Şahid1 və Şahid2 təsdiq edə biləcəyini bildirib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər cavabdehlə birlikdə İddiaçı MMC-də işləmiş, cavabdeh onun tabeliyində olmuşdurş Hazırda işləmir. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur. Bildiyinə görə cavabvdehdən tələb edilən məbləğə daxil olan pulun 900 manatdan çox hissəsi Lerik rayonunda yerləşən Fərid marketin borcudur, qalan isə iki ədəd soyuducunun puludur. Belə ki, təhvil təslim zamanı ərazi yoxlanılarkən soyuducu ərazidə olmadığından cavabdeh üçün problem yaranmışdır. Məhkəmə tərəfindən Şahid2 şahid qismində dindirilməsi qəbul edilsə də, şahidin iştirakı cavabdeh tərəfindən təmin edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsinə görə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Cavabdeh fəaliyyəti xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 13670.13 manat pul vəsaitini müəssisənin kassasına ödəmədiyi müəyyən edilmişdir. Akt cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən "xxxx" MMC- də kiçik satış nümayəndəsi vəzifəsində çalışmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında tam maddi məsyliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-də satış nümayəndəsi işləyən Cavabdeh əmək müqaviləsinə xaitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01890 saylı Mediasiya arayışından görünür ki, ”Avrora” MMC tətəfindən 55 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlımaddiməsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddiziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddiməsuliyyət daşıyır. Həmin məcəllənin 202-cimaddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-cimaddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilən normalara əsasən hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixli, 106 saylı “Akt”-a əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, cavabdeh İddiaçı MMC-yə vurduğu 2330.53 manat məbləğində zərərin əvəzini ödənilmədiyi müəyyən edilmişdir. Göstərilən halla iddiaya əlavə edilmiş sənədlər, xüsusilə xx.xx.2022-ci il tarixli, 106 saylı “Akt”la tam təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar iddianın təmin edilməsi üçün əsas hesab edilməldir. Məhkəmə iclasında dindirilmiş şahid ifadəsi isə iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, həmin ifadə də aktda olduğu kimi cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmasını təsdiq etmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, “Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2330.53 manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar