Məhkəmə qərarları › İş №e-2(049)-14/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-14/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-14/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Lənkəran rayonu, Lənkəran bələdiyyəsinə qarşı «Özbaşına tikilinin sökülməsi və maneənin aradan qaldıılması» tələbi barədə iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, torpağın qanunsuz istifadədən geri alınması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Lənkəran rayonu, Lənkəran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəl **********57-10301 reyestr nömrəli çıxarışla mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 292,5 kv.metr sahəsi olan fərdi yaşayış evi və həmin evə aid 0,0668 ha torpaq sahəsinin yanndan keçən yolda cavabdehlər tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, gediş-gəliş yolundan istifadəyə onlar tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 292,5 kv.metr sahəsi olan fərdi yaşayış evi və həmin evə aid 0,0668 ha torpaq sahəsi onun və ondan başqa 9 nəfər şəxsin mülkiyyətindədir. Həyətin yanından keçən yol dar küçədən ibarətdir. Həmin küçənin qarşı tərəfindən 30-40 kv.metrlik boş sahə vardır ki, qeyd olunan yerdən istifadə etməklə həyətə gələn avtomobillərin dönməsi, həyətə rahat giriş-çıxışı üçün istifadə edilirdi. Lakin 2022-ci ildə cavabdehlər həmin torpaq sahəsini özbaşına tutaraq, orada tikinti işləri aparıb hasar hörmüşlər. Nəticədə küçə daha da daralmış, avtomobillərin hərəkəti çətinləşmiş, həyətə, qaraja avtomobil giriş-çıxışı mümkünsüz edilmişdir. Bu hal isə təbii ki, mülkiyyətçilərdən həm onun, həm digərlərinin maraqlarının pozulmasına səbəb olur. Bu barədə çoxsaylı şikayətlərdən sonra qeyd olunan hasarın sökülməsi təmin edilmişdir. Lakin cavabdehlər 2023-cü ildə ərazidən keçən qaz xəttinin yola tərəf yerini dəyişdirmiş və yenidən tikili inşa etmişlər. Bu hal isə həmin küçədə yaşayan, oradan istifadə edən insanların hüquqlarının pozmuş olur. Qeyd olunan ərazidə xatirə lövhəsi evinin divarına həkk olunan X6 veteranı, dünya şöhrətli professor Abas Talışinski yaşamaqla, İcra Başçısı açılışda ərazinin abadlaşdırılacağını bildirmişdi. Ancaq ərazinin özbaşına zəbt edilməsi sakinlərə, həm adıçəkilən professorun ruhuna hörmətsizlikdir. Bu hərəkətlərin dayandırılması barədə müraciətlərin də nəticəsi olmamışdır. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə hüququ pozulmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsnə məxsus, Lənkəran şəhəri, F.Məmmədov küçəsində yerləşən 7 kv.metr torpaq sahəsində daşdan ibarət hasarın cavabdehlərin hesabına sökülərək, həmin torpağın onların qanunsuz istifadəsindən geri aınması və ərazinin əvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər sakinləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Lənkəran şəhəri F.Məmmədov küçəsində yerləşən evlərinin yanında, yol kənarında olan bələdiyyə mülkiyyətinə aid 30 kv.metr torpaq sahəsini özbaşına daş divarla hasara alıb zəbt etmələri ilə bağlı 2022-ci ildə sakinlərdən daxil olmuş müraciətlər üzrə araşdırma aparılanıq fakt təsdiqin tapmış, görülmüş mihafiq tədbirlər, o cümlədən cavabdehlərlə aparılan danışıqlar nəticəsində həmin hasarın onların öz hesabına sökülərək torpağın zəbtdən azad edilib sakinlərin ümumi istifadəsinə verilməsi mümkün olmuşdur. Lakin bir müddət sonra cavabdehlər həmin ərazinin bir hissəsini yenidən daşdan hasar hörməklə zəbt elmişlər. Bununla bağlı sakinlərdən biri olan İddiaçı məhkəmədə iddia qaldırmış və 2(049)-1043/2024 saylı həmin iş üzrə təyin edilmş ekspert rəyi ilə bir daha sübut edilmişdir ki, cavabdehlər bələdiyyə mülkiyyətinə aid 7 kv.metr torpaq sahəsini zəbt etmişlər. Cavabdehlərə bununla bağlı irad bildirilərək xəbərdarlıq edilmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nüseynzadə məzahir Namik oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia tələbində qeyd edilən tikili o, və oğlu Cavid tərəfindən tikilmişdir. Həmin tikilini qanuni əsaslarla tikmişlər. Belə ki, həmin tikiliyə dair icazə sənədləri mövcuddur. Lakin oğlu Cavid hazırda Rusiyada yaşadığından və sənədlər onlarda olduğundan onları məhkəməyə təqdim edə bilmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddiası təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəl **********57-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 292,5 kv.metr sahəsi olan fərdi yaşayış evi və həmin evə aid 0,0668 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 23 avqust 2024-cü il tarixli, 10/6232 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2097/2023 saylı mütəxəssis rəyinə əsasən, Mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01,12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan 0,0668 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 292,5 kv.m ölçüdə olan fərdi yaşayış evinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. İş üzrə avabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadələrində olan torpaq sahəsinə baxış keçirilməklə koordinatları müəyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan 0,0668 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 292.5 kv.m ölçüdə olan fərdi yaşayış evinə faktiki vəziyyətdə gediş-gəliş yolunun (yolun faktiki vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin cü il tarixli, 3-21-3-43/2-2097/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli ərazidə cavabdehər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hazırda inşa edilməkdə olan yarımçıq tikilinin mövcud olması müəyyən olunmuşdur. Həmin yarımçıq tikilinin cavabdehlərə məxsus fərdi yaşayış evinə bitişik yerdə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qarşı tərəfində yerləşməsi müəyyən olunmuşdur. Mübahisə predmeti olan yarımçıq tikilinin İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan 0,0668 ha torpaq sahəsindən orta hesabla 12 m. məsafədə yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 aprel 2025-ci il tarixli, 10/21111 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-664/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). mütəxəssis rəyinə əsasən, iddia tələbində qeyd edilmiş Lənkəran şəhəri, F.Məmmədov küçəsində yerləşən ölçüsü 7 kv.m- dən ibarət olan yarımçıq tikilinin mövcud olması, həmin tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə bitişik yol kənarında yerləşməsi, ölçüsünün 7 kv.m olması, yarımçıq tikili olması, cavabdehər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa və istifadə edilməsi, yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin (yol kənarında yerləşməklə) bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə İddiaçı «Özbaşına tikilinin sökülməsi və maneənin aradan qaldıılması» barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbin qeyd edilən mübahisəli tikili Lənkəran bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən İddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Odur ki, İddiaçı «Özbaşına tikilinin sökülməsi və maneənin aradan qaldıılması tələbi» barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi təmin edilmədiyindən həmin iddia tələbi üzrə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, torpağın qanunsuz istifadədən geri alınması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ölçüsü 7 kv.m- dən ibarət olan yarımçıq tikili mövcuddur, həmin tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə bitişik yol kənarında yerləşir, ölçüsü 7 kv.m.-dir, yarımçıq tikilidir, cavabdehər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa və istifadə edilmişdir, yarımçıq tikili yol kənarında yerləşməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindədir. Beləliklə Lənkəran bələdiyyəsi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşçdur. Odur ki, Lənkəran bələdiyyəsinin iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iş üzrə mütəxəssis rəylərinin verilməsi üçün 190 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş xidmət haqqında dair 190 manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Lənkəran rayonu, Lənkəran bələdiyyəsinə qarşı «Özbaşına tikilinin sökülməsi və maneənin aradan qaldıılması tələbi» barədə iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, torpağın qanunsuz istifadədən geri alınması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbi” barədə iddiası təmin edilsin. Maraqlı şəxsnə məxsus, Lənkəran şəhəri, F.Məmmədov küçəsində yerləşən 7 kv.metr torpaq sahəsində yerləşən daşdan ibarət hasar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülsün, həmin ərazi cavabdehlər tərəfindən əvəlki vəziyyətə qaytarılmaqla onların qanunsuz istifadəsindən geri alınsın və Lənkəran bələdiyyəsinin istifadəsinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş xidmət haqqında dair 190 manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar