Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1496/2025 05.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 7.468,94 manat əsas borc, 65,05 manat faiz borcu olmaqla cəmi 7.533,99 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 498,61 manat əsas borc, 4,86 manat faiz borcu olmaqla cəmi 503,47 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli CL- EE000333017 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 1.159,73 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1.159,74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 9.197,2 (doqquz min bir yüz doxsan yeddi manat, iyirmi qəpik) manat, ödənilmiş 111,98 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “"xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasən ona 48 ay müddətinə 9300 manat nağd kredit, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsinə əsasən 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsinə əsasən ona elektron təsdiq vasitəsilə (OTP kod) 60 ay müddətinə 1300 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasənnağd kredit üzrə 7468.94 manat əsas borc, 65.05 manat faiz borcu olmaqla cəmi 7533.99 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsinə əsasənkart kredit limiti üzrə 498.61 manat əsas borc, 4.86 manat faiz borcu olmaqla cəmi 503.47 manat kart kredit borcu və xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 1159.73 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 1159.74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 9197.2 manat borcu yaranmışdır. Lənkəran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 353522saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V- 313 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da cavabdeh tərəfindən qeyd edilən borcla əlaqədar heç bir məbləğ iddiaçı banka ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 48 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 9.300 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin şərtinə əsasən, borcalan Babayev Ədalət müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq kredit borcunu borcverənə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BPM**********10 saylı kassa məxaric orderindən görünür ki, kredit müqaviləsinə əsasən 2.370,43 manat pul vəsaiti X5 ödənilərək, 6.929,57 manat onun borcuna silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsindən “bank kartına kredit limitinin təyin olunmasına dair” xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, həmin müqaviləyə əsasən X5 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X5 elektron təsdiq vasitəsilə (OTP kod) 60 ay müddətinə 1300 manat nağd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli LKR-5 nömrəli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli kredit kartı üzrə borcu 503,47 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 30 nömrəli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasən borcu nağd kredit üzrə 7.468,94 manat əsas borc, 65,05 manat faiz borcu olmaqla cəmi 7.533,99 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 29 nömrəli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsinə əsasən borcu nağd kredit üzrə 1.159,73 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1.159,74 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün "xxxx"ASC tərəfindən 111,98 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 353522 ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və onun ölümü ilə əlaqədar Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 586 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə sorğusu əsasında əldə edilmiş Lənkəran regional “ASAN xidmət” mərkəaində notariat ofisi tərəfindən təqdim edilmiş “elektron notariat” X1 xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Lənkəran regional “ASAN xidmət” mərkəaində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 313 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə Cavabdeh mərhum X3 miras qalmış Lənkəran şəhəri, X7 küçəsi ev 161 ünvanında yerləşən daşınmaz əmlaka dair tam olaraq pay almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişin və poçt xəbərnaməsinin surətindən görünür ki, iddiaçı bank "xxxx" ASC tərəfindən Cavabdeh X4 vərəsəsi olaraq banka olan borc öhdəliyini yerinə yetirməsi barədə xəbərdar edilmişdir və həmin bildiriş ona poçt rabitəsi vasitəsiəçatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı bank ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsi, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsi və xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər Ədalət Babayev tərəfindən lazımınca icra edilməmişdir. İş üzrə cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında borclunun mülkiyyətində olmuş miras daşınmaz əmlakı tam həcmdə qəbul etmişdir. Miras əmlakdakı payı tam həcmdə qəbul etdiyinə görə o, miras qoyanın kreditorları qarşısında tam məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsi, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsi və xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən iş üzrə Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 7.468,94 manat əsas borc, 65,05 manat faiz borcu olmaqla cəmi 7.533,99 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 498,61 manat əsas borc, 4,86 manat faiz borcu olmaqla cəmi 503,47 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 1.159,73 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1.159,74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 9.197,2 (doqquz min bir yüz doxsan yeddi manat, iyirmi qəpik) manat tutulmalıdır. Həmçinin iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 111.98 manat və xidmət haqqının əvəzi olaraq 0,4 manat da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********10 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 7.468,94 manat əsas borc, 65,05 manat faiz borcu olmaqla cəmi 7.533,99 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********25 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 498,61 manat əsas borc, 4,86 manat faiz borcu olmaqla cəmi 503,47 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli CL-EE000333017 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 1.159,73 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1.159,74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 9.197,2 (doqquz min bir yüz doxsan yeddi manat, iyirmi qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111,98 manat və xidmət haqqının əvəzi olaraq 0,4 manat tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1496/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1496/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver