Məhkəmə qərarları › İş №e-2(049)-1692/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1692/2025

21.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1692/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsi, ev 15, 5 nömrəli mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMCnin Lənkəran şəhərində tikintisini həyata keçirdiyi M.Ə.Rəsulzadə küçəsində 10 saylı 7 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sahəsi 101.1 kv.m olan 3№-li mənzil (yeni ünvanla: Lənkəran şəhəri, X2 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil) satış təmsilçisi olaraq "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh öz növbəsində müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC-yə həmin mənzil üçün ümumilikdə 75.825,00 (yetmiş beş min səkkiz yüziyirmi beş) manat məbləğində pul ödəməli idi. Lakin Cavabdeh yuxarıda sözügedən müqavilənin şərtlərini pozaraq ödənişi tam formada həyata keçirməmişdir. Belə ki, müqavilənin 2 saylı əlavəsinə görə yaşayış sahəsinin ümumi dəyəri, yəni 75.825,00 (yetmiş beş min səkkiz yüz iyirmi beş) manatın ödənişi təqdim edilmiş qrafik üzrə 30 ay ərzində ödənilməli idi. Hazırda Cavabdeh almış olduğu mənzil üzrə 36.925,00 (otuz altı min doqquz iyirmi beş) manat məbləğində borcu qalmışdır. Bununla bağlı "xxxx" MMC Cavabdeh ilə aralarında olan müqaviləyə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərərək borcun ödənilməsi tələb edilmişdir. Lakin sözügedən xəbərdarlıq heç bir nəticə vermədiyi üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə Pretenziya göndərilərək, yuxarıda qeyd edilən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş, eyni zamanda mənzilin xx.xx.2024-cü il tarixinədək boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən mənzilin boşaldılması istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmişdir və hazırda da cavabdeh həmin mənzildən istifadə etməkdədir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən Lənkəran şəhəri, X2 küçəsi, ev 15 ünvanında yerləşən 5№-li mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, "xxxx" MMC mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh hazırda iddiaçıya mənilin satışından cəmi 24.000 manat borcu qalmışdır, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya yüksək məbləğ ödəniş etmişdir. Qarşı tərəf isə müqavilə şərtlərinə lazımi qaydada əməl etməmişdir. Həmçinin Cavabdeh hazırda həmin mənzildə təmir işləri aparmışdır ki, buna da onun xeyli miqdarda xərci çıxmışdır. Cavabdehin iddiaçıya olan borcunu hazırda tam olaraq ödəməyə maddi imkanı yoxdur və hər ay 2.000 manat olmaqla, 12 ay müddətinə borcunu ödəyə bilər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, iddiaçının iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraçı "xxxx" MMC ilə Sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, İcraçı "xxxx" MMC-nin Lənkəran şəhərində tikdiyi 7 mərtəbəli yaşayış binasının ümumi sahəsi 101.1 kv.m yaşayış sahəsini tikilmiş halda Sifarişçiyə satmağı, Sifarişçi isə ödəniş qrafikinə əsasən həmin mənzilə dair ödənişi həyata keçirməyi öhdəsinə götürmüdür. Qeyd edilən müqavilədə və müqavilənin 2 saylı əlavəsində satılan yaşayış sahəsinin vahid dəyəri razılaşdıqları qiymət hər kv.m. üçün 750 manat olmaqla, ümumi dəyəri 75.825 (yetmiş beş min səkkiz yüz iyirmi beş) manat razılaşdırılmış və Sifarişçi 30 ay ərzində ödənişi tam olaraq İcraçıya ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Lənkəran şəhəri, X3 küçəsi ev 15, mənzil 5-də yerləşən ümumi sahəsi 96.9 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçınə məxsusdur. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həmin məktubla iddiaçı tərəfindən Cavabdeh borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubunda qeyd edilmişdir ki, onunla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixində müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-nin Lənkəran şəhərində tikdiyi 7 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 3 №-li mənzil 75.825 manata cavabdehə satılmışdır və ödənişlər müqavilənin 2 saylı əlavəsinə uyğun olaraq həyata keçirilməli idi. Lakin, cavabdeh, qeyd edilən müqavilələrin şərtlərini, o cümlədən 3.2-ci bəndlərini və 2 saylı əlavələrini pozaraq üzərinə düşən öhdəlikləri icra etməmişdir. xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, İcraçı "xxxx" MMC ilə Sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İcraçı "xxxx" MMC-nin Lənkəran şəhərində tikdiyi 7 mərtəbəli yaşayış binasının ümumi sahəsi 101.1 kv.m yaşayış sahəsini tikilmiş halda Sifarişçiyə satmağı, Sifarişçi isə ödəniş qrafikinə əsasən həmin mənzilə dair ödənişi həyata keçirməyi öhdəsinə götürmüdür. Qeyd edilən müqavilənin şərtlərinə əsasən tərəflər arasında satılan yaşayış sahəsinin vahid dəyəri hər kv.m. üçün 750 manat olmaqla, ümumi dəyəri 75.825 (yetmiş beş min səkkiz yüz iyirmi beş) manat razılaşdırılmış və Sifarişçi 30 ay ərzində ödənişi tam olaraq İcraçıya ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixədək iddiaçı şirkətə olan borcunu tam olaraq ödəməli idi. Müqavilənin icrası müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Lakin buna baxmayaraq Cavabdeh iddiaçı şirkət qarşısında öz öhdəliklərini hazıradək tam icra etməmişdir. Belə ki, cavabdehin iddiaçı şirkətə müqavilə öhdəliyi üzrə 24.000 manat borcu qalmışdır. İddia predmetini təşkil edən Lənkəran şəhəri, X2 küçəsində yerləşən 15 saylı evin 5 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İdiaçı tərəfindən Cavabdeh borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu təqdim edilərək müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliyi pozaraq icra etmədiyi onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməli və İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsində yerləşən 15 saylı evin 5 saylı mənzilindən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulmaqla mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-210-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Lənkəran şəhəri, X2 küçəsində yerləşən 15 saylı evin 5 saylı mənzilindən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulmaqla, sözügedən mənzil Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınsın, həmin şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılsın və İddiaçı X1 təvil verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar