Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-171/2024 15.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə və Lənkəran rayonu, Hirkan bələdiyyəsinə qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi» tələbi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan, zəbt etdikləri torpaq sahəsindən çıxarılması, onun həmin torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanıması, torpaq sahəsinin ona təhvil verilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, cəmi 250 (iki yüz əlli) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin sonuncu aylarında X7 notariat qaydasında 1,08 ha torpaq sahəsi almış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsindən əldə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, Parakənd kəndi ərazisində yerləşən ölçüsü 1,08 ha olan torpaq sahəsi tam hüquqi əsaslarla ona məxsusdur. Lakın həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Onun AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə etdiyi müraciətə verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-2624/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, “torpaq istifadəçiliyində uyğunsuzluq vardır, habelə yerində, yəni sözügedən torpas sahəsinin yerləşdiyi çevrədə torpaq istifadəçiləri arasında mübahisə mövcuddur”, mübahisənin yalnız məhkəmə qaydasına həll edildiyi barədə təklif verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq ərizənin baxılmamış saxlanmasına etiraz etdiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini məhkəməyə bildirmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 və maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsi və Lənkəran rayonu, Hirkan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin və maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbində qeyd edilən Lənkəran rayonu, Parakənd kəndində yerləşən torpaq sahəsi Cavabdeh2 Miseyib oğluna, onun atası X8 və onların digər ailə üzvlərinə qanuni əsaslarla, yəni “torpağa mülkiyyət hüququna dair JN seriyalı, 80203016 kod nömrəsi olan “0054” və “0055” nömrəli dövlət aktları əsasında verilmişdir. Qeyd edilən dövlət aktlarının notarial qaydada təsdiqlənmiş surətini sübut kimi məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş mühəndis texniki ekspertizasının rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan ərazidən 950 metr aralıda yerləşir. Odur ki, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, Lənkəran rayonu, Parakənd kəndində yerləşən onun istifadəsində olan torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Odur ki, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirdi ki, Lənkəran rayonu, Parakənd kəndində yerləşən onun istifadəsində olan torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Odur ki, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, Lənkəran rayonu, Parakənd kəndində yerləşən onun istifadəsində olan torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Odur ki, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Lənkəran rayonu, Parakən kəndində yerləşən 1,08 ha ölçü də torpaq sahəsini X7 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu Pərakənd kəndində yerləşən ümumi sahəsi 1.08 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu Pərakənd kəndində yerləşən ümumi sahəsi 0.1862 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN 0054 seriyalı kod:80203016 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Lənkəran rayonunda yerləşən 0,56 ölçüdə torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə Parakənd sakinləri X15, X1 və Quliyeva Gülər şadət qızına ayrılmışdır. İş materiallarında olan JN 0055 seriyalı kod:80203016 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Lənkəran rayonunda yerləşən 0,74 ölçüdə torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə Parakənd sakinləri X13, X18 və X5 ayrılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 01 noyabr 2023-cü il tarixli, 10/3862 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,: Mülki iş üzrə mübahisə predmeti olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0053 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********46 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı xüsusi mülkiyyətində olan 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir; Araşdırma zamanı sözügedən torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınd torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəşilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərəkhəmin sahələrin faktiki sərhəflərinin koordinatları müəyyənləşdirilmişdir, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən 1,08 ha torpaq sahəsinin mübahisəli ərazidən orta hesabla 950 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur; Lənkəran rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-0054 nömrəli (Kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X11 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,74 ha (2 hissədən ibarət) torpaq sahəsinin torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli torpaq sahəsinə yaxın ərazidə, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən isə mübahisəli ərazidə faktiki istifadə vəziyyətinə uyğun 0,43 ha ölçüdə (2 hissədən ibarət) öz əksini tapması müəyyən olunmuşdur; Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-0055 nömrəli (Kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X14 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,56 ha torpaq sahəsinin torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli torpaq sahəsinə yaxın ərazidə, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən isə mübahisəli ərazidə faktiki istifadə vəziyyətinə uyğun 0,32 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********50 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X12 xüsusi mülkiyyətində olan 0,1862 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən mübahisəli torpaq sahəsinə yaxın ərazidə faktiki istifadə vəziyyətinə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur; Yuxarıda qeyd olunan torpaq sahələrinin koordinatlarının sənədlər üzrə üst-üstə düşməməsi və həmin torpaq sahələrinin sənəd üzrə ayrı-ayrı torpaq sahələri olması müəyyən olunmuşdur; Torpaqların elektron kadastr informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0053 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********46 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı xüsusi mülkiyyətində olan 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı mülki iş üzrə mübahisə predmeti olan və Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-0056 A nömrəli “Torpağa mülkiyyət hüququna dair Dvlət Aktı” əsasında cavabdeh Xalıqova (Mirzəyeva) Nazilə Yadulla qızının faktiki istifadəsində olan 0,1862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi öz əksini tapan həmin torpaq sahəsinin üzərində tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən olunmuşdur. Beləliklə işin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu Pərakənd kəndində yerləşən ümumi sahəsi 1.08 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi hazırki iddia tələbində iddiaçının qeyd edərək mübahisələndirdiyi və iş üzrə cavabdehlərin istifadələrində olan mübahisəli ərazidən orta hesabla 950 m məsafədə kənarda yerləşir. Bu səbəbdən də iddiaçının mübahisələndirdiyi faktiki ərazi onun mülkiyyətində olan və Çıxarışda qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X4 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə iddia təmin edilməməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi üzrə iddia təmin edilmədiyindən iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti iddiaçıdan X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə və Lənkəran rayonu, Hirkan bələdiyyəsinə qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-171/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-171/2024
15.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver