Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1710/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı «müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirasını qəbul etmiş vərəsəsindən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vahabova Məhluqə Şirməmməd qızının vərəsəsi Cavabdeh "xxxx" ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********71 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə cəmi 5399.06 manat əsas borc və xx.xx.2022-ci il tarixli BPM**********48 saylı X5 əsasən kart kredit limiti üzrə 294.42 manat əsas borc, 3.65 manat faiz borcu, cəmi 298.07 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 5697.13 (beş min altı yüz doxsan yeddi tam yüzdə on üç) manat və ödənilmiş 76.98 dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ABB” ASC ilə Vahabova Məhluqə Şirməmməd qızı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BPM**********71 saylı Kredit Müqaviləsinə əsasən ona illik 48 ay müddətinə 5700 manat məbləğində nəğd kredit, xx.xx.2022-ci il tarixli BPM**********48 saylı X5 əsasən 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu Vahabova Məhluqə Şirməmməd qızı vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdehVahabova Məhluqə Şirməmməd qızıarasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********71 saylı Kredit Müqaviləsinəəsasən kredit üzrə cəmi 5399.06 manat əsas borc xx.xx.2022-ci il tarixli BPM**********48 saylı X5 əsasən kart kredit limiti üzrə 294.42 manat əsas borc, 3.65 manat faiz borcu olmaqla cəmi 298.07 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 5697.13 manat borcu yaranmışdır. Lənkəran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 417901saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Vahabova Məhluqə Şirməmməd qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisininxx.xx.2024-cü il tarixli 2V-735 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Vahabova Məhluqə Şirməmməd qızından qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Vahabova Məhluqə Şirməmməd qızının vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Cavid Əmirxanov iddianın məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etmiş və təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə verərək iddianı qəbul etdiyini və mərhum arvadı Vahabova Məhluqə Şirməmməd qızının banka borcu olduğunu etiraf etdiyini, lakin maddi imkanı zəif olduğu üçün borcu ödəməyə imkanı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş sübutlar: "xxxx" KB ASC ilə Vahabova Məhluqə Şirməmməd qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya istehlak məqsədləri üçün hər ay 185.52 manat ödəmək şərti ilə 48 ay müddətinə illik faiz dərəcəsi 23.9% olmaqla 5700 AZN məbləğində kredit verilmişdir. BPM xx.xx.20222-ci il tarixli **********48 saylı Tam kart müqaviləsindən görünür ki, bank tərəfindən Vahabova Məhluqə Şirməmməd qızına kredit xəttinin müddəti 36 ay olmaqla, 60 ay müddətinə Tam kart təqdim edilmiş və kredit xəttinin məbləği 300 manat təşkil etmişdir. Maliyyə arayışından görünür ki, Vahabova Məhluqə Şirməmməd qızının xx.xx.2025ci il tarixinəxx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 5399.06 manat əsas, 00.0 manat faiz, 39.09 manat cərimə olmaqla ümumilikdə 5399.06 manat, xx.xx.2022-ci il tarixli X5 əsasən isə kredit limiti üzrə 294.42 manat əsas, 3.65 manat faiz olmaqla cəmi 298.07 manat borcu vardır. Ölüm şəhadətnaməsinin surətindən görünür ki, Vahabova Məhluqə Şirməmməd qızı xx.xx.2024-cü il tarixində Lənkəran rayonu, Gərmətük qəsəbəsində vəfat etmişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh, ölmüş şəxs Vahabova Məhluqə Şirməmməd qızının qanun üzrə vərəsəsi elan olunmuş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirşin surətindən görünür ki, bank tərəfindən, Vahabova Məhluqə Şirməmməd qızının mirasını qəbul etdiyi üçün Cavabdeh mərhum arvadı ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 5 gün ərzində yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müracit olunacağı barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 76.98 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konistutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.”. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən ümumilikdə 5869.40 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 76.98 manat dövlət rüsum və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli BPM**********71 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə cəmi 5399.06 manat əsas borc və xx.xx.2022-ci il tarixli BPM**********48 saylı X5 əsasən kart kredit limiti üzrə 294.42 manat əsas borc, 3.65 manat faiz borcu, cəmi 298.07 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 5697.13 manat, həmçinin ödənilmiş 76.98 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-1710/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1710/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver