Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1712/2023 31.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 31 may 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir) Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 may 2017-ci il tarixli LAN-141695/17 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 12 faiz olmaqla 36 ay müddətinə 2750 ABŞ dollar məbləğində kredit verilmişdir. 16 may 2017-ci il tarixdə Bank arasında Cavabdeh3 və X3 ilə xx.xx.2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ipotekaya qoyulması barədə bank ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə notariat kontorunda təsdiq edildikdən sonra torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi barədə DƏDRX-i tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəlıi Çıxarış verilmişdir. Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixinə olan əsas borcu 2163,88 ABŞ dolları, faiz borcu 971,17 ABŞ dolları, cərimə borcu 1267,68 ABŞ dolları, 260,70 ABŞ dolları konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 4663,43 ABŞ dolları borcu mövcuddur. Bu günədək Cavabdeh1 tərəfindən 12 may 2017-ci il tarixli LAN-141695/17 saylı saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Göstərilənləri nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir)cavabdehdən onun xeyrinə 2163,88 ABŞ dolları əsas borcu, 971,17 ABŞ dolları aiz borcu, 1267,68 ABŞ dolları cərimə borcu, 260,70 ABŞ dolları konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 4663,43 ABŞ dolları borcun və 99.28 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edib, onun cərimə hissəsini qəbul etməyib göstərmişdir ki, hazırkli işlə əlaqədar nə məhkəmə-mühasibatlıq, nə də ki, məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsini istəmir. Digər cavabdehlərdən Cavabdeh3 qaynanası, Cavabdeh2 isə dostudur. Zaminlərinin hər ikisinin məhkəmə iclasının yeri və vaxtından xəbərləri vardır. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12 may 2017-ci il tarixli, LAN-141695/17 saylı Kredit müqaviləsindən görünür ki, «AmrahBank” ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 12% olmaq şərtilə 36 ay müddətinə 2750 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən torpaq sahəsinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «AmrahBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 11 oktyabr 2022-ci il tarixinə banka 2163,88 ABŞ dolları əsas borcu, 971,17 ABŞ dolları faiz borcu, 1267,68 ABŞ dolları cərimə borcu, 260,70 ABŞ dolları konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 4663,43 ABŞ dolları borcu təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nin verdiyi krediti, həmin kreditə hesablanmış faizləri, cəriməni və həmin kreditin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, 12 may 2017-ci il tarixli Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 iddiaçı «AmrahBank” ASC-yə olan pul öhdəliyi onun tərəfindən ipoteka ilə təmin edildiyindən və o, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nin qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASCnin tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 3000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər arasinda bağlanmış sonrakı ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin qiyməti 3000 manat qiymətləndirilmiş, cavabdeh ipoteka predmetinin qiyməti ilə bağlı məhkəmədə mübahisə qaldırmamış və məhkəməəmtəəşünaslıq eksperetizasını keçirilməsini istəməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh cərimə borcu istisna olmaqla digər borcları qəbul etdiyindən əsas borc olaraq ondan 2163.88 ABŞ dolları, faiz borcu olaraq 971.17 ABŞ dolları, illik 5% hesablanmış 260.70 ABŞ dolları ondanalınaraq Bankın hesabına köçürülməlidir. Məhkəmə bununla yanaşı qeyd edir ki, əsas borc 2163.88 ABŞ dolları təşkil etdiyi halda, 1267.68 ABŞ dolları məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 200 ABŞ dollarına qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 2163.88 ABŞ dolları məbləğində əsas borc, 971.17 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3335.05 ABŞ dolları məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nə verilməli, iddia bununla bağlı qalan hissədə təmin edilməməlidir. Bu borcun əvəzi kimi tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 3000 manat məbləğində müəyyən edilməlidir. Həmin torpaq sahəsi açıq hərracdan satılmalı və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, torpağın mülkiyyətçisi olan Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatsa da, iddiaçı təxminən 3 ildən sonra, xx.xx.2023-cü il tarixdə zaminlərə də qarşı iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də, məhkəmə iddiaçının digər cavabdehlər (zaminlər) olan Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbinin təmin olunması üçün əsas görmür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 99.28 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun müvafiq olaraq 70 və 32 manatı cavabdehə Cavabdeh1 aid edilməli və ondan alınaraq, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 2163,88 ABŞ dolları məbləğində əsas borc, 971,17 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3335,05 ABŞ dolları məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nin xeyrinə verilsin. Tələb ipoteka predmeti olan və Cavabdeh1 məxsus Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilsin. Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha torpaq sahəsinə ilkin satış qiyməti 3000 manat məbləğində müəyyən edilsin. Həmin torpaq sahəsi açıq hərracdan satılsın və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh1 qaytarılsın. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 99,28 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun müvafiq olaraq 70 və 32 manatı, cəmi 102 manatı Cavabdeh1 aid edilsin. Cavabdeh1 102 manat məbləğində pul alınaraq, iddiaçı Ləğv prosesində olan «AmrahBank” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(049)-1712/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1712/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver