Məhkəmə qərarları › İş №e-2(049)-1819/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1819/2025

02.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1819/2025 02.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X1rşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Milli Eımlər Akademiyası X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməmələrinin səbəblərini bildirməmiş və hazırlıq iclası nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini baxılmamış saxlanılmasını, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işi və İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması tələbinə qiymət verərək qeyd edir ki, tərəflər məhkəmə hazırlıq iclasına təkrar gəlmədikdə məhkəmə hazırlıq iclasında mülki işin baxılmamış saxlaya bilər. Məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsi üzrə mülki işin baxılmamış saxlanılmasını tələb etsə də, əslində o, ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmasını nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. Onun cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun surəti tərəflərə rəsmin qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar