Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1916/2023 19.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1093.65 manat əsas borc, əsas borca illik 5%-lə hesablanmış 86.58 manat əldən çıxmış fayda və 31.80 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2023-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart (kart hesabının nömrəsi ********************) cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından bir neçə dəfə əməliyyatlar apararaq ona aid olmayan bank vəsaitini istifadə etmişdir. Cavabdeh həmin kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə “onlayn” ödəniş əməliyyatları aparmış, həmin məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə cavabdehin banka cəmi 1093.65 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə borcun miqdarı ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən indiyədək heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 31.80 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 1093.65 manat əsas borc, əsas borca illik 5%-lə hesablanmış 86.58 manat əldən çıxmış fayda, həmçinin, 31.80 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş plastik kartdan istifadə edərək həmin kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə “onlayn” ödəniş əməliyyatları aparmış, həmin məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə cavabdehin banka cəmi 1093.65 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə borcun qaytarması barədə bildiriş göndərilmiş, lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 31.80 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 1093.65 manat əsas borc, əsas borca illik 5%-lə hesablanmış 86.58 manat əldən çıxmış fayda və 31.80 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 1093.65 manat əsas borc, əsas borca illik 5%-lə hesablanmış 86.58 manat əldən çıxmış faydanın tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 31.80 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1093.65 manat əsas borc, əsas borca illik 5%-lə hesablanmış 86.58 manat əldən çıxmış fayda və 31.80 manat dövlət rüsumu - cəmi 1212.03 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1916/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1916/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver