Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2080/2025 19.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X2 - iddiaçı Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 1 sayl X5 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 19 may 2025-ci il tarixdə nəzərdən keçirib, müəyyən etdim : Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 1 sayl X5 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla Cavabdeh arasında 26 yanvar 2018-ci il tarixdə bağlanmış 03 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılması, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 1 saylı X1ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Qeyd edilməlidir ki, iddia ərizəsinin sonunda “Qoşma” da göstərilmiş sənədlərin siyahısı ilə, MPM-nin 149.2.3-cü maddəsində göstərilmiş sübutların siyahısını eyniləşdirmək olmaz. Belə ki, “Qoşma” da göstərilmiş sənədlərlə bağlı MPM-nin 149.2.5-ci maddəsi mövcuddur. MPM-nin 149.2.3-cü maddəsi sübutların siyahısından bəhs edirsə, MPM-nin 149.2.5-ci maddəsi sənədlərin siyahısından bəhs edir. Qeyd edirəm ki, iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini fakt və halları təsdiq edən sübutların siyahısını əlavə etməmiş və tələbinin bir neçəsi, qeyri dəqiqdir. Belə ki, iddiaçı icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılmasını tələb etsə də, həmin torpaq sahəsinin harada yerləşməsini, tikililərin konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Bundan əlavə o, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 1 saylı X1ytarılması barədə tələb irəli sürsə də, həmin torpaq sahəsinin əvvəlki vəziyyətini təsdiqləyən sübutunu siyahıda göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını əlavə etməməsi, tələbini dəqiq ifadə etməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1-ci,152-ci, 263-264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 1 sayl X5 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və s. dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(049)-2080/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2080/2025
19.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver