Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-211/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7625.44 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.26 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 03 oktyabr 2023-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024xx.xx.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 7625,44 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 7625,44 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək qeyd etdi ki, cavabdeh satılan məhsulların pulunu satış nöqtələrindən toplasa da cəmiyyətin kasasına ödəməmişdir. Audit yoxlaması zamanı aşkar olunan ziyanla bağlı tərtib olunmuş aktı imzalamaqla cavabdeh özü bunu təsdiq etmişdir. Əlavə olaraq bildirdi ki, cavadehə, vaxtı keçmiş məhsullarla bağlı məsələni auditlə aydınlaşdırmaq təklif edilsə də, cavabdeh buna əməl etməmişdir. Ümumiyyətlə cavabdeh görüş zamanı çox aqressiv münasibət göstərmiş, mediasiya sessiyasında isə iştirak etməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, ziyan aktında olan imza ona məxsus olsa da, o həmin aktı oxumadan imzalamışdır. Belə ki, aktda, dəymiş ziyanın məbləği həddindən artıq göstərilib. Çünki, audit yoxlaması zamanı, müddəti bitmiş malların geri qaytarılması nəzərə alınmayıb, həmçinin, bağlanmış dükanlarda qalan malların pulu da onun ayağına vurulub. Ümimilikdə iddiaçıya borcu vardır. Lakin aktda qeyd edilmiş 276 manatın borc ona aid deyildir, həmin pul bağlı olan ticarət nöqtəsindən alınmamışdır. Bunu audit və satış müdiri daha yaxşı bilir. Əlavə olaraq bildirdi ki, aylıq əmək haqqısı 1150 manat olsa da, cəmiyyət ona sonuncu əmək haqqını ödəməmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X1 xx.xx.2023-cü il tarixdən etibarən Avrora MMC-də satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış “X5” haqqında müqavilədən görünür ki, cavabdedeh işə qəbul olunarkən vurulmuş ziyanla bağlı tam maddi məsuliyət daşıyacağı barədə məlumtlandırılmışdır. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2”a” maddəsinə uyğun olaraq xx.xx.2024cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan aktın surətindən görünür ki, Avrora MMC-nin bölgə müdiri X2 və Region üzrə satış auditi X3 tərəfindən aparılan audit zamanı, satış təmsilçisi Cavabdeh Avrora MMC-yə tərtib olunmuş hesabat cədvəli üzrə ümumilikdə 7625.50 manat ziyan vurduğu müəyyən olunmuş və Cavabdeh həmin aktın doğruluğunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan izahatın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ona təhkim olunmuş ərazidə aparılan təhvil-təslim zamanı aşkarlanan 7625.50 manat əskik fərqin olduğunu qəbul edərək, həmin məbləği şirkətdə çalışdığı müddətdə yaranmış borcları ödəmək üçün sərf etdiyini bildirmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının nümayəndəsi iştirak etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı müəssisədə satış üzrə nümayəndə vəzifəsində işləməsi və onun tərəfindən təhkim edildiyi ərazidə işləyən zaman cəmiyyətə maddi ziyan dəyməsi mübahisələndirlməyən haldır. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, cavabdeh, audit zamanı dəymiş ziyan məbləğinin həddindən çox göstərildiyini bildirməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabeh tərəfindən onlara vurduğu ziyanı 7625.44 manat məbləğində qiymətləndirmiş və tələbinin əsasları kimi “Vurulmuş zərərin təsdiqlənməsi barədə” Aktı, “Borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair” aktı və cavabdehin izahatına istinad etmişdir. Lakin, cavabdeh məhkəmə iclasında ziyan məbləğinin miqdarının az olduğunu bildirsə də, bu barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş ziyaının əvəzi olaraq 7625.44 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsum iddiaçıya aid edilməli, məhkəməyə müraciət etmək üçün ödənilən 36.26 manat dövlət rüsumu isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 7625.44 manat və məhkəməyə müraciət etmək üçün ödənilən 36.26 manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-nə verilsin. İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsum iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-211/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-211/2025
27.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver