Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2127/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə 13 dekabr 2023-cü il saat 10:00-a təyin edilmiş məhkəmə baxış iclasına həmin iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlməmişlər. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2127/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2127/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver