Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2383/2024 15.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İdiaçı İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış əsas borc 500 ( beş yüz) manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 1.305 ( min üç yüz beş ) manat cərimə məbləğinin, ümumillikdə 1.805 ( min səkkiz yüz beş) manat pul vəsaitinin ondan tutularaq, iddiaçı “AZSTUDY" MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində təhsil ilə bağlı müqavilə üzrə müəyyən edilmiş xidmərlərin həyata keçirilməsinə dair TR-120101 saylı xidmət müqaviləsi bağlanılmışdır. Bağlanılmış xidmət müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri vaxtlı - vaxtında icra etməyinə baxmayaraq cavabdeh xidmət müqaviləsi üzrə müəyyən edilmiş 1500 ( min beş yüz ) manat pul vəsaitindən yalnız 1000 (bir min ) manatını ödəmiş ve geridə qalan 500 ( altı yüz ) manat xidmət haqqını ödəməkdən imtina edir ki, hazirki iddia tələbinin təqdim edilməsinin səbəbi bu hal olmuşdur. Eyni zamanda cavabdeh ali təhsil müəssisəsinə qəbul tarixi elan olunan yəni faktiki olaraq iddiaçı xidmət müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirdiyi gündən etibarən 3 (üç) gün müddətində ödənilməli olan xidmət müqaviləsinin 500 ( beş yüz ) manat dəyərini hazirki tarixədək ödəmədiyinə görə xidmət müqaviləsinin 3.2.2. bəndinə görə gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 1% midqarında cərimə ödəməlidir ki, hazirki tarixə bu cərimə məbləği 1.305 ( min üç yüz beş ) manat təşkil edir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı ilə arasındna bağlanmış müqaviləyə əsasən, o, iddiaçıya 1500 manat vəsait ödəməli idi. Müqavilə bağlandıqdan sonra onun tərəfindən iddiaçıya ilkin olaraq 500 manat, sonradan isə 500 və 250 manat məbləğində pul vəsaiti ödəmişdir. Belə ki, ilk 500 və 500 manat vəsaitləri şirkətin özünə şəxsən ödəmişlər. Sonuncu 250 manatı isə anası ödəniş terminalı vasitəsilə şirkətin rəhbəri X1 hesabına ödəmişdir. Belə ki, İddiaçı MMC-nin istifadəsində olan mobil nömrələrin birindən onun anasına X1 hesabı barədə məlumatlar təqdim edilərək, ödəniş barədə məlumatı şirkətə təqdim etmək bildirilmişdir. O, özü təhsillə əlaqadar Türkiyə Respublikasına getdikdən sonra anası tərəfinfən şirkətə sonuncu 250 manat ödəniş xx.xx.2023-cü il tarixdə saat 14:23-də ödənilmişdir. Anası ödəniş qəbzinin surətini iddiaçı şirkətə təqdim etmişdir. Hazırda şirkət onlara sonuncu 250 manat ödənişi danır. Bundan əlavə olaraq məhkəməyə bildirir ki, İddiaçı MMC onunla bağladığı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, aralarında olan razılığa əsasən, şirkətin nümayəndələri Türkiyədə onu qarşılayacağı, qeydiyyatdan keçirəcəyi və yataqxanada yerləşdirəcəyi barədə öhdəliklərin icrasından yınmışdır. O, Türkiyəyə çatdıqdan sonra onu heç kəs qarşılamamışdır, 1 aya yaxın küçələrdə skamyada yatıb qalmış və bütün həmin prosedurları özü etmişdir. Hazırda ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətdədiir. Üstəlik də iddiaçı öz müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda ondan belə bir yüksək məbləğdə pul tələb edir. İddia tələbinin qismən, yəni 250 manat həddində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb qismən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsindən və ona əlavədən görünür ki, müqavilədə nəzərdə tutulmuş xidmətin məbləği 1.500 manat məbləğində nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən imzalanmış iltizamlardan görünür ki, müqavilədə qeyd edilmiş məbləği ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə TR-120100 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə Cavabdeh tərəfindən 500 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə TR-120100 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə Cavabdeh tərəfindən 500 manat ödəniş edilmişdir. Ödəniş terminalı vasitəsilə ödənişə dair ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:23:15-də F.......... R......... F........ adlı bank kartı sahibinə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qəbzdə pulun ödənildiyi kartın nömrəsi “416973......2369” kimi qeyd edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsində İddiaçı MMC-ni təmsil edən şəxs kimi “X3” göstərilmişdir. Həmçinin idiaçı tərəfindən məhkəməyə sübut kimi vhatsapp ani mesajlaşma sistemi ilə ödəniş barədə ona göndərilən şəkildə də 4169-7388-1237-2369 saylı bank kartının Ramil Fərzəliyevə aid olduğu qeyd edilmiş və ödəniş edildikdən sonra qəbzin şəklinin göndərilməsi tələb edilmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi vizit kartda da Ramil Fərzəliyevin İddiaçı MMC-nin direktoru olduğu qeyd edilmişdir. Qeyd edilən hallardan və məhkəmə iclasında araşdırılan sübutlarla da müəyyən edilir ki, iddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyi 250 manat ödəniş də müqavilə şərtlərinə əsasən İddiaçı MMC-yə ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən Cavabdeh tərəfindən iddiaçıya 250 manat məbləğində vəsait ödənilmişdir. 250 manat vəsait borc qalmışdır. Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin sadalanan normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh TR- 120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat və 20 (iyirmi) manat cərimə, cəmi: 270 (iki yüz etmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh TR-120100 nömrəli, xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat borc və 20 (iyirmi) manat cərimə, cəmi: 270 (iki yüz etmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2383/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2383/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver